"Bu kimi bəyanatlar seçkilərdən sonra məğlub tərəfdən bir sıra hallarda emosional olaraq baş verir"
img
Əli Orucov: "CHP-nin referendumun nəticələrini tanımaması və yenidən keçirilməsi tələbi heç nəyi dəyişməyəcək"
Məlum olduğu kimi, Türkiyənin Yüksək Seçki Şurası (YSK) 3 siyasi partiyanın 16 aprel konstitusiya referendumu nəticəsinin ləğv edilməsinə yönələn müraciətlərini rədd edib.
Referendumun qanunsuz olduğu iddiası ilə Cumhuriyət Xalq Partiyası (CHP), Xalqların Demokratik Partiyası (HDP) və Vətən Partiyası ayrı-ayrı müraciətlər təqdim ediblər.
Müraciətlərə YSK iclasında edilən qiymətləndirmə nəticəsində 10 şura üzvünün əleyhinə və 1 üzvün lehinə səs verməsilə rədd edildiyi bildirilir.
Bu arada CHP-nin mətbuat katibi Selin Böke deyib ki, referendum təkrar keçirilməlidir: "Biz bəzi qərarlar vermək məcburiyyətindəyik. Bu referendumu tanımırıq. Çünki ciddi nöqsanlar üzə çıxıb. Proses yenilənməli, referendum təkrar olunmalıdır. Əks təqdirdə partiyamız üzərinə düşəni edəcək. Bura parlamenti tərk etmək də daxildir".
Bundan əvvəl öz mövqeyini bildirən müxalif CHP sədri Kamal Kılıcdaroğlu möhürsüz bülletenlərin qəbul edilməsinə etiraz yollarının kəsiləcəyi halda, konstitusiya dəyişikliyini qanunsuz sayacağını bildirib.
K.Kılıcdaroğlu YSK qərarına yönələn şikayətlərin nəticəsi olmasa, "edilən dəyişikliyi qanunsuz sayacağıq. Avropa İnsan Hüquqları Məhkəməsi var. Lazım olsa, oraya qədər götürəcəyik", - deyib.
Bütün bunların fonunda, Türkiyənin ana müxalifət partiyası parlamentdə iştirak etməkdən imtina etsə, nə baş verəcək?
Məsələyə münasibət bildirən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, bu addımın atılması o qədər də real görünmür: "Mən düşünmürəm ki, Türkiyədə müxalifət, xüsusən də CHP parlamentdə iştirakdan imtina etsin. Doğrudur, əvvəl belə bir fikir səsləndirildi. Lakin çox keçmədən bəyan edildi ki, CHP-nin Türkiyə Böyük Millət Məclisində iştirakdan imtinası gündəmdə yoxdur. Referendumdan sonra Türkiyədə dəyişən təkcə idarəetmə, parlament üsul-idarəsindən prezidentlik idarəsinə keçilməsi deyil, həm siyasi proseslər, həm də ictimai-siyasi münasibətlər də dəyişdi. Türkiyə cəmiyyətində xeyli müddətdir islamçılarla dünyəvi kamalçılar arasında mübarizə gedir. Bölünmə və fərqliliyin artıq sərhədləri möhkəmləndi və bunun səngər halına çevrilməsi mənzərəsi ortaya çıxdı. Ancaq Türkiyədə sərt idarəçilik sisteminə keçid mövcud tələblərdən və şərtlərdən irəli gəlir. Çünki separatizmin və mərkəzdənqaçma meyllərinin günü-gündən artması, Suriyada və İraqdakı vəziyyət bunu tələb edir. Xaos, terror təşkilatlarının Qərb tərəfindən açıq dəstəklənməsi və silahlandırılması Türkiyənin ərazi bütövlüyünə və idarəçiliyinə ciddi real təhlükələr yaradır. HDP və digər ünsürlər öz fəaliyyəti ilə terrora hər cür dəstək verir, seçkili və dövlət qurumlarının işinə maneçilik törədir, sabotaj edirlər. Demokratiya deyil, anarxiyanın getdikcə dərinləşməsinə cəhdlər oldu. Üstəlik də Qərb, ABŞ da daxil olmaqla, Ankara ilə səmimi davranmır və özlərini müttəfiq kimi göstərmirlər. Bunun əksinə olaraq, anarxiyadan və terrorçu və separatistlərdən istifadə etməklə, Türkiyəyə təzyiqləri artırırlar. Lakin kim nə deyir desin, bundan sonra xeyli çətin olsa da, Ərdoğan proseslərə və idarəçiliyə tam nəzarəti əlinə ala biləcək. Çünki bunun əksi baş verərsə, onun hakimiyyətdə qalması uzun çəkə bilməz. Təbii ki, ilk baxışdan təkbaşına və müstəsna səlahiyyətlər prezidenti avtoritar və yaxud despotik olmağa həvəsləndirə bilər. Ancaq referendumun nəticələrində də göründüyü kimi, böyük şəhərlər və cəmiyyətin özü buna imkan verməz. Həm də ona görə ki, Türkiyədə demokratik və dövlətçilik ənənələrinin qədim tarixi var. CHP-nin referendumun nəticələrini tanımaması və yenidən keçirilməsi tələbi heç nəyi dəyişməyəcək. Düşünürəm ki, bu kimi bəyanatlar seçkilərdən sonra məğlub tərəfdən bir sıra hallarda emosional olaraq baş verir. Amma bir müddət sonra bu emosiyalar da keçəcək. CHP prosesi Avropa Məhkəməsinə daşıyacağını iddia edir. Bu hal isə Türkiyəyə yeni bir təzyiq dalğasını başlatmaq üçün Qərbə vasitə vermiş olur ki, bu da, məncə, CHP-yə də sərf etməz. Əslində, prezidentlik üsul-idarəsinə keçidi və qələbəni Ərdoğana Qərb bəxş etdi. Ankaranın müttəfiqləri hesab edilən Qərb Türkiyəni Avropa Birliyinə qəbul edərək Avropa ailəsinin tərkib hissəsi olmasına imkan versəydi, PKK, YPG, PYD, FETÖ kimi terror qruplaşmasına dəstək verməsəydi, vəziyyət bu həddə gəlib çatmazdı. Ancaq proseslərin gedişi onu deməyə əsas verir ki, Qərblə Türkiyə arasındakı bağlar gərilmə nöqtəsindən keçib. Bu qırılma sürətlə gedərsə, itirən hər iki tərəf olacaq".