AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov Moderator.az saytı və "Hürriyyət” qəzetinə açıqlamasında siyasi məhbus problemi və hakimiyyətin məlum problemlə bağlı siyasətini şərh edib:
"Azərbaycan hakimiyyətinin insanların taleyi ilə siyasi alver etməsi artıq ənənə halını alıb. İstər mərhum prezident H.Əliyevin dönəmində, istərsə də oğlu İ.Əliyevin iqtidarında siyasi məhbus məsələsi hakimiyyətin maraqlarına xidmət edən alətə çevrilib. Dəfələrlə beynəlxalq təşkilatlar Azərbaycan iqtidarından köklü islahatlar və demokratik seçkilər tələb edəndə, yaxud da hansısa təzyiqlər artanda vicdan məhbusları kara gəlir.
Mən ümumiyyətlə, günahsız hər kəsin əbəs yerə zindanlarda yatmasının qəti əleyinəyəm və hər azadlığa qovuşan məhbuslar üçün sevinirəm. Lakin acı bağırsaq kimi siyasi məhbus problemi uzanmaqdadır. Hansısa şərtlər daxilində azad edilən bir məhbusun yerinə ikisi, üçü zindana atılır. 28 may günü ilə bağlı hansısa əvf fərnamını olması məncə gözlənilmir. Çünki bu barədə yetkililər də bir kəlmə mətbuata danışmayıblar. 28 mayın özü hökümət üçün o qədər də əlamətdar bayram təqvimi sayılmır. Digər tərəfdən əfv fərmanı olacaqsa bu yenə də əvvəlkilər kimi imitasiyadan başaqa bir şey olmayacaq. Əsas fiqurlar, Əli İnsanov, İlqar Məmmədov, Tofiq Yaqublu və başqa siyasi məhbuslara azadlığın yolu qapalı olaraq qalacaq. Bu isə o anlamı verir ki, hökumət həmin şəxslərin azadlıqda olmalarından çəkinir.
O ki, qaldı azadlığına qovuşan siyasi məhbusların iqtidara təşəkkürünə, bu heç də onların istəyi ilə, könüllü surətdə baş vermir. Bunu məcburən etdirirlər. Siz özünüz də şahidsiz ki, günahsız həbsdə olan siyasi məhbuslara "tövbə məktubu”, "əfv ərzəsi” yazdırmadan, onları mənən sındırmadan azadlığa buraxmırlar. Əli İnsanov bunu bariz nümunəsi sayıla bilər. Baxmayaraq ki, Avropa İnsan Haqları Məhkəməsi də onun huqüqlarının pozulduğunu təsdiq edərək azad edilməsini barədə qərar verib. Lakin bu günədək də həmin qərar Azərbaycan hakimiyyəti tərəfindən icra olunmur. Onsuz da hakimiyyətin reputasiyası beynəlxalq ictimaiyyətdə xoşagələn deyil. 1-ci Avropa Oyunları da düşünmürəm bu imicin yaxşılaşdırmasına müsbət təsir göstərsin. Mən bunun əksini düşünürəm.
Bütün bunlara baxmayaraq istənilən məhbusun həbsxana divarlarından çıxması təqdirəlayiqdir”.
Seymur Əliyev