Ölkədə gizli, gizlədilmiş, uçota alınmamış iş yerləri varmı? Təbii ki, var, hətta say onminlərlədir.
Bu problem nədən yaranıb: 1) İş yerləri məhdud, iş bazarı qeyri-sabit olduğuna, işçinin pozulan hüquqları ilə məşğul olmağa həmkarlar təşkilat, ədalətli məhkəmə olmadığa görə vətəndaş ona təklif edilən istənilən işdən yapışmağa məcburdur, 2) Vətəndaş əmək müqaviləsi tələb etmir, çünki maaşından da 3% sosial sığorta tutulur, hökumət isə təqaüd sistemini son 12 ildə 3 dəfə uğursuzcasına dəyişib, vətəndaş hökumətin ona verəcəyi təqaüdə inanmır, nəğd indi 3%-nə qənaət etməyi düşünür, 3) İşəgötürənin üzərinə maaşdan sosial sığorta kimi ödəməli olduğu 22%-lik yük qoyublar, bu çix böyük faizdir deyə, işəgötürən rəsmi əmək müqaviləsi bağlamaqda maraqlı deyil.

Gizli iş yerləri
rəsmiləşdirilməlidirmi? Bəli, mütləq bu addım atılmalıdır. Bunun üçün
illərdir hökumət eşitsin-duysun deyə onllarca dəfə çıxış yolları
səsləndirmişik: 1) Vətəndaşa öz hüquqlarını qorumaq üçün təşkilatlanmaya
mane olmasınlar, 2) Həmkarlar İttifaqı kimi hökumətlə qol-boyun gəzən,
hətta sözün məcazi və hərfi mənasında qohum olan amorf bir qurum ləğv
edilməli, Həmkarlar işinə qoyulan inhusarçılıq dağıdılmalıdır, 3)
İşəgötürən üçün yük kəskin azadılmalı, sosial sığorta əmək haqqının
10%-dən çox olmamalıdır, 4) Vətəndaş əmin olmalıdır ki, bu gün ödədiyi
sosial sığorta onun gələcəyinin təminatıdır, bunun üçün dövlətin təqaüd
sahəsində inhisarçılığına son qoyulmalı, Özəl Təqaüd Fondları yaranmalı,
vətəndaşa seçim imkanı verilməlidir.
Hökumət bu sahədə olan
problemləri, güya həll etmək istəyir, 2019-cu ildən sosial sığorta
hesablanma şərtlərini dəyişdirməyi düşünür. Vətəndaş üçün formul belə
olacaq: işçinin aldığı əmək haqqı 200 manatdan çox olarsa, o zaman işçi 6
manat + 200 manatdan artıq məbləğin 10%-i miqdarında sosial sığorta
haqqı ödəyəcək.
Gəlin 500 manat maaş üzərindən hesablama aoaraq: 200
mabat çıxırıq, yerdə qalan məbləğın 10%-i 30 manat edir, 6 manat da
üzərinə gələndə işçi 36 manat ödəməli olacaq, bu gün isə 15 manat
ödəyir. Deməli vətəndaşa 21 manat ziyan olacaq.
İşəgötürən üçün
dəyişiklik belə olacaq: İşəgötürən 44 manat + 200 manatdan artıq
məbləğin 15%-i miqdarında sığorta haqqı ödəyəcək. Həmin 500 manat
üzərindən apardığımız hesablamaya görə yeni ildən işəgötürən 44 manat
sabit, 45 manat da faiz - cəmi 89 mabat ödəməli olacaq. İndi isə 110
manat ödəyir. Fərq nə qədərdir? Bəli, 21 manat. Bəs 500 manat maaş alan
vətəndaş nə qədər artıq ödəməli olacaq? Doğrudur, məhz 21 manat! Deməli
hökumət işəgötürəndən azaltdığını işçiyə yükləyir! Amma işəgötürən üçün
də 21 manat qənaət çox azdır, çünki rəsmiləşdirməsə 89 manat qənaət
edəcək.
Yəni, belə təşviq, belə maraqların idarə edilməsi olmur,
işəgötürən üçün böyük güzəşt olmasa bu problem həllini tapmayacaq,
atılan addımlar effekt verməyəcək. Çünki qaydaları dəyişməzdən əvvəl
idarə edənlərin düşüncə tərzi, dünyaya baxışı dəyişməlidir...