Tanınmış jurnalist, mərkəzi qərargahı ABŞ-da olan Karnegi Beynəlxalq Sülh Fondunun Qafqaz üzrə eksperti Tomas De Vaal "Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycan hökumətinin Qərbdən uzaqlaşmasını bu ölkənin gələcək perspektivlərinə və müstəqilliyinə ziyanlı hesab etdiyini deyib. O qeyd edib ki, hazırda ölkədə şiddətli basqılar yaşanır: "İstər İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası), istər Milli Demokratiya İnstitutu və başqa təşkilatlara edilən basqılar kəskin xarakter alıb. Həmçinin Azərbaycan hökuməti Qərbpərəst fəalları – Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, İntiqam Əliyev, İlqar Məmmədov, Anar Məmmədli və Rauf Mirqədirovu həbsə atıb. Bütün bu adamlar Qərbə müsbət münasibət bəsləyən adamlardır və onlar hökumətə müxalif olduqlarına görə həbsə salınıb.
Tomas De Vaal ABŞ-ın Azərbaycanla münasibətlərinə toxunaraq deyib: "Məni narahat edən odur ki, sabiq səfir Riçard Morninqstar kimi Azərbaycana dost münasibət bəsləyən adamların narahatlıq ifadələri və çağırışları düzgün reaksiya ilə qarşılanmadı. Rəsmi Bakı bu çağırışları nəzərə almaq əvəzinə daha çox adamı həbsə atdı. Qəribə olanı odur ki, Ukraynada baş verənlər fonunda güman etmək olardı ki, Azərbaycan Qərbə daha yaxın siyasət yürüdəcək. Təəccüblüdür ki, Azərbaycan bunun əksini edir”.
Ekspert Azərbaycan üçün başlıca iki risk gördüyünü vurğulayıb: "Güman etmirəm ki, xarici risk böyükdür. Rusiya və İran problemdir, amma onlardan heç biri Azərbaycana birbaşa müdaxilə etmək niyyətində deyil. Heç biri rejim dəyişikliyi arzulamır. Onların prezident Əliyevlə normal münasibətləri var.
Risklər ikidir. Birincisi budur ki, demokratik müxalifətin həbsə atılması və marginallaşdırılması ilə meydan boşalır. Bu meydanı radikal müxalifət dolduracaq. Bu sıraya cihadçılar, hazırda Suriya və İraqda İŞİD sıralarında döyüşən azərbaycanlı sünnilər daxildir ki, onlar bir gün vətənə qayıdacaqlar. Bu mənada hökumət müxalifəti radikallaşdırır.
İkinci təhlükə Qarabağ müharibəsinin alovlanmasıdır. Təmas xəttində ara-sıra kiçik toqquşmalar görürük. Hər iki tərəfdə provokasiyalar baş verir. Ağır silahlar ucbatından Qarabağda hətta kiçik müharibə belə kütləvi insan itkiləri ilə nəticələnə bilər. Hesablamalarda yanlışlıq Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına gətirib çıxara bilər ki, bu, təkcə Azərbaycan və Ermənistan deyil, qonşular üçün də faciəvi olardı”.
Tomas De Vaalın fikrincə, rəsmi Bakı Vaşinqtondan gələn səslərə daha diqqətlə qulaq asmalıdır: "Bu adamlar rejim dəyişikliyində maraqlı deyillər. Onlar Azərbaycanın açıq və demokratik olmasını istəyirlər. Əgər bu baş versə, onda Qərblə daha yaxşı münasibətlər olacaq. İran və Rusiya böyük qonşulardır. Amma Azərbaycan daha çox müstəqillik istəyirsə, kiçik qonşusu ilə sülhə nail olmalıdır. Bu, strateji istiqamət olardı. Qarşılıqlı kompromis əsasında sülhə nail olunması Azərbaycanı Qərblə Şərq arasında mühüm dəhliz məkanına çevirərdi və müstəqilliyinə təminat verərdi. Əlbəttə, kompromisə getmək asan deyil. Amma torpaqlar geri qayıdacaq, qaçqınlar evlərinə dönəcək. Belə bir sonuc Azərbaycanı daha böyük problem olan Rusiya və İranla münasibətdə gücləndirərdi”.
"Kompromis deyəndə nəyi nəzərdə tutursunuz” sualını ekspert belə cavablandırıb: "Kompromis masa üzərində olanlardır. Azərbaycan kiçik Laçın dəhlizi istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu geri alır. Dağlıq Qarabağ ermənilərinə özünüidarəçilik hüququ verilir. Regionun statusu uzun müddət qeyri-müəyyən saxlanılır – 20-30 il sonraya referendum nəzərdə tutulur. Bu vaxt ərzində isə Azərbaycan Ermənistanla əlaqələr qurur. Azərbaycan iqtisadi baxımdan Ermənistandan irəlidədir və yumşaq gücdən istifadə edə bilər. İnsanlar evlərinə qayıdar. Təhlükəsizlik durumu yaxşılaşar. Həyat yaxşılaşar. Azərbaycan istədiyi hər şeyi almayacaq – məsələn, ola bilsin, Xankəndində Azərbaycan bayrağı dalğalanmayacaq. Amma yerdə qalan hər şey olacaq