Ter­ro­rizmlə mü­ba­ri­zə­də türkdil­li döv­lət­lə­rin da­ha sıx əmək­daş­lıq et­mə­si­nə eh­ti­yac var

Ar­zu­xan Əli­za­də: "Türkdil­li döv­lət­lə­rin kəş­fiy­yat or­qan­la­rı­nın bu yön­də əmək­daş­lı­ğı­nın müs­bət nə­ti­cə ve­rə­cə­yi qə­na­ə­tin­də­yəm"

"Xü­su­si xid­mət or­qan­la­rı­nın tim­sa­lın­da ter­ro­rizmlə mü­ba­ri­zə mə­sə­lə­sin­də da­ha çox in­for­ma­si­ya mü­ba­di­lə­si­nə eh­ti­yac var"

Mə­lum ol­du­ğu ki­mi, oktyab­rın 8-də Ba­kı­da Türkdil­li Döv­lət­lə­rin Xü­su­si Xid­mət Or­qan­la­rı Konfran­sı­nın XVI­II ic­la­sı ke­çi­ri­lib. İc­las­da Azər­bay­can, Tür­ki­yə, Qa­za­xıs­tan və Qır­ğı­zıs­ta­nın təh­lü­kə­siz­lik və xü­su­si xid­mət or­qan­la­rı­nın nü­ma­yən­də he­yət­lə­ri iş­ti­rak edib. Dün­ya­da və re­gi­on­da təh­lü­kə­siz­li­yə, sa­bit­li­yə qar­şı yö­nəl­miş ümu­mi təh­did­lə­rin, ilk növ­bə­də ter­ror­çu­lu­ğun və di­ni ekstre­miz­min ya­yıl­ma­sı­nın qar­şı­sı­nın alın­ma­sı is­ti­qa­mə­tin­də tə­rəf­daş xü­su­si xid­mət or­qan­la­rı ilə əmək­daş­lı­ğın möh­kəm­lən­di­ril­mə­si və ge­niş­lən­di­ril­mə­si məq­sə­di­lə təd­bi­rə mü­şa­hi­də­çi qis­min­də Ru­si­ya, Uk­ray­na və Gür­cüs­ta­nın mü­va­fiq struk­tur­la­rı­nın yük­sək və­zi­fə­li nü­ma­yən­də­lə­ri də qa­tı­lıb.

Təd­bir­də transmil­li mü­tə­şək­kil ci­na­yət­kar­lıq­la, o cüm­lə­dən bey­nəl­xalq ter­ror­çu və di­ni-ekstre­mist təş­ki­lat­la­ra qar­şı mü­ba­ri­zə­də əmək­daş­lı­ğın fə­al­laş­dı­rıl­ma­sı və tək­mil­ləş­di­ril­mə­si yol­la­rı, həm­çi­nin müx­tə­lif təh­did və ci­na­yət­lər ba­rə­də əmə­liy­yat mə­lu­ma­tı mü­ba­di­lə­si və ma­raq do­ğu­ran di­gər mə­sə­lə­lər ət­ra­fın­da mü­za­ki­rə­lər apa­rı­lıb.

Pre­zi­dent İl­ham Əli­yev də Türkdil­li Döv­lət­lə­rin Xü­su­si Xid­mət Or­qan­la­rı Konfran­sı­nın 18-ci ic­la­sı­nın iş­ti­rak­çı­la­rı­nı qə­bul edib. Pre­zi­dent bil­di­rib ki, iş­ti­rak­çı öl­kə­lər­də ol­du­ğu ki­mi, Azər­bay­can­da da təh­lü­kə­siz­li­yin möh­kəm­lən­di­ril­mə­si­nə, risqlə­rin mi­ni­mal­laş­dı­rıl­ma­sı­na bö­yük diq­qət ye­ti­ri­lir: "Mü­a­sir dün­ya­da heç bir öl­kə öz təh­lü­kə­siz­li­yi­ni tək­ba­şı­na ta­ma­mi­lə həll edə bil­məz. Biz ha­mı­mız bir-bi­ri­mi­zə bağ­lı­yıq. Bu şə­ra­it­də təh­lü­kə­siz­li­yin tə­min edil­mə­si ilə bağ­lı mə­sə­lə­lə­rin həl­li­nin va­cib­li­yin­də ope­ra­tiv in­for­ma­si­ya mü­ba­di­lə­si, bir­gə səy­lər­lə qar­şı­lıq­lı dəs­tək xü­su­si əhə­miy­yət kəsb edir. Bu bü­tün za­man­lar­da va­cib amil olub, bu­gün­kü dün­ya­da isə xü­su­si­lə va­cib­dir".

Bü­töv­lük­də, türkdil­li döv­lət­lə­rin kəş­fiy­yat or­qan­la­rı­nın bir­gə əmək­daş­lı­ğı ter­ro­rizmlə mü­ba­ri­zə­də, bu öl­kə­lə­rə yö­nə­lik ter­ror təh­lü­kə­lə­ri­nin qar­şı­sı­nın alın­ma­sın­da ne­cə rol oy­na­ya bi­lər?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən AMİP-in baş ka­ti­bi Ar­zu­xan Əli­za­də­nin söz­lə­ri­nə gö­rə, türkdil­li döv­lət­lə­rin kəş­fiy­yat or­qan­la­rı­nın bu tip gö­rüş­lər ke­çir­mə­si müs­bət də­yər­lən­di­ril­mə­li­dir: "He­sab edi­rəm ki, be­lə bir gö­rü­şün ke­çi­ril­mə­si əhə­miy­yət­li ha­di­sə­dir. Ona gö­rə ki, son vaxtlar dün­ya­da ge­o­si­ya­si və­ziy­yə­tin kəs­kin­ləş­mə­si ter­ror risqlə­ri­ni ar­tı­rır. Ya­xın Şərqdə baş ve­rən dəh­şət­li ha­di­sə­lər ter­ro­run nə qə­dər qor­xunc ten­den­si­ya ol­du­ğu­nu bir da­ha or­ta­ya qoy­du. Nə­zə­rə al­saq ki, sö­zü­ge­dən re­gi­on coğ­ra­fi ba­xım­dan bi­zə ya­xın­dır, o za­man ter­ror risqlə­ri­ni də­yər­lən­dir­mə­mək ol­maz. Bü­töv­lük­də, ter­ro­rizmlə mü­ba­ri­zə­də türkdil­li döv­lət­lə­rin da­ha sıx əmək­daş­lıq et­mə­si­nə eh­ti­yac var. Çün­ki ter­ror elə bir təh­lü­kə­dir ki, tək­cə bir öl­kə bu­nun öh­də­sin­dən gə­lə bil­məz. O ba­xım­dan döv­lət­lə­rin bu sa­hə­də əmək­daş­lı­ğı­na eh­ti­yac var. Xü­su­si xid­mət or­qan­la­rı­nın tim­sa­lın­da ter­ro­rizmlə mü­ba­ri­zə mə­sə­lə­sin­də da­ha çox in­for­ma­si­ya mü­ba­di­lə­si­nə eh­ti­yac var. Çün­ki bu ki­mi in­for­ma­si­ya­lar ter­ror risqlə­ri­nin qar­şı­sı­nın alın­ma­sın­da da­ha çe­vik qa­baq­la­yı­cı təd­bir­lə­rin gö­rül­mə­si­nə şə­ra­it ya­ra­dır. Ona gö­rə də türkdil­li döv­lət­lə­rin kəş­fiy­yat or­qan­la­rı­nın bu yön­də əmək­daş­lı­ğı­nın müs­bət nə­ti­cə ve­rə­cə­yi qə­na­ə­tin­də­yəm".

Vi­da­di OR­DA­HAL­LI