Fevralın 21-də prezident İlham Əliyev "Heydər Əliyev Fondu”nun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, YAP sədrinin müavini, ölkənin birinci xanımı Mehriban Əliyevanın 1-ci vitse-prezidenti təyin edilməsi barədə sərəncam imzalayıb. Elə həmin gün prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib və yeni 1-ci vitse-prezident təqdim olunub. Həm ölkə daxilində, həm də xaricdə həmin təyinat ciddi rezonans doğurdu.
Azərbaycandakı siyasi qüvvələr müxtəlif mövqe sərgiləsələr də, müxalif partiya olan AMİP bununla bağlı nədənsə mövqeyini ifadə etməyib.
Odur ki AMİP Siyasi Şurasının üzvü Əli Orucovla əlaqə saxlayıb bu təyinatla bağlı fikirlərini öyrənməyə çalışdıq.
M.Əliyevanın bu posta təyinatının gözlənilən olduğunu deyən partiya funksioneri bildirdi ki təyinatın deyil, təyinatın belə sürətlə axını maraq doğurur:
"Mehriban xanımın 1-ci vitse-prezident postuna gətirilməsinin hüquqi və demokratik tərəflərinə geniş şərh vermək istəməzdim. Amma qısaca onu vurğulamaq istərdim ki, onun qarşısnda çox çətin vəzifələr durur və məsuliyyətli bir işi üzərinə götürüb. Ölkədə hərtərəfli ciddi böhran getdikcə dərinləşir, regionda mürəkkəb geosiyasi vəziyyət yaranıb. 1-ci vitse-prezident ilk növbədə ölkəni bu böhrandan çıxarmalı, dövlət idarəetmə aparatını yenidən inşa etməli, oliqarx-məmur hakimiyyətinə qarşı mübarizə aparmalı, brokratik əngəlləri aradan qaldırmalı, iqtisadi durumu düzəltməli, ölkənin beynəlxaql imicini və mövqeyini yaxşılaşdırmalıdır.
Təbii ki, bütün bu vəzifələrin öhdəsindən gəlmək və üzərinə götürdüyü işi uğurlu davam etdirmək üçün onun təkcə prezident İ.Əliyevin dəstəyini və köməyini almaq kifayət etməyəcək. Nəzərə almaq lazımdır ki, M.Əliyeva hakimiyyət daxilində ciddi müxalif quruplaşma ilə üzləşməkdən qaça bilməyəcək.Bu və digər amilləri nəzərə alaraq deyə bilərəm ki, ölkədə gedəcək ciddi və sürətli proseslər çox şeyləri dəyişəcək və bu təyinatın da nə qədər uğurlu-uğursuz olduğunu çox da uzun olmayan zaman kəsyində görəcəyik.”