TRT Xocalı soyqırımı ilə bağlı anım həftəsinə start verdi




TRT ənənəsinə sadiq qalaraq Xocalı soyqırımı ilə bağlı anım həftəsinə start verdi. TRT Baki Təmsilciliyi bir həftə boyunca Bakıdan Xocalı Soyqırımının 23 ildönümü ilə əlaqədar canlı yayımlar, programlar ve özəl qonaqlarla TRT 1, TRT Haber, TRT Türk, TRT Avaz kanalları vasitəsi ilə yayimlara başlayacaq.

Xocalı soyqırımının 23 -ci ildönümünü TRT Bakı Təmsilciliyi və TRT Avaz telekanalı 3 saatlıq canlı yayımlarla Dünyaya duyuracaq. TRT AVAZ-ın 6 nəfərlik cəkiliş qrupu 22- 28 Fevral tarixlərində Bakıda olacaq. Azərbaycanın ağrı acısını canli yayim və proqramlarla işıqlandıracaqlar.

TRT Bakı Təmsilcisi Yıldıray Arslan’ın verdiyi məlumata görə TRT AVAZ Kanal Koordinator müavini Taner Gürbüz və 50 Dəqiqə Programının aparıcısı Gökçen Oğanın rəhbərlik etdiyi çəkiliş qrupu 7 gün boyunca Bakıda silsilə canlı yayımlar həyata keçirəcəklər. 26 Fevral tarixində isə AZ TV studiyasından, Xocalı abidəsi və TRT AVAZ Ankara studiyaları olmaqla 3 nöqtədən 3 saatlıq canlı yayım həyata keçirəcək.Türkiyə saatı ilə 12:00 Bakı saatı ile 14.00- de başlanacaq canlı proqramda Türkiyə, Azərbaycan eləcə də digər yerlərdən siyasətçilər, soyqırımın şahidləri, diaspor təşkilatlarının rəhbərləri canlı yayıma qoşularaq fikirlərini bildirəcəklər. Canlı yayım AZ TV ve İTV texniki dəstəyi ilə həyata keçiriləcək. Proqramda Xocalıda ermənilərin törətdiyi qətiamların kadrları nümayiş olunacaq, şahidlərin müsahibələrinə yer veriləcək. Özəl klip və qısa metrajlı filmlər və proqramlarla Xocalı yad ediləcək. Proqramları TRT Avazın tanınmış aparıcısı Gökçen Oğan təqdim edəcək.