Türk İnsan, Turan isə Dunya deməkdir

Pantürkizm,panturanizm. Bu sözlər minlərlə insanin faciəsinə,ölümünə səbəb olub.Dunyada,həmçinin SSRİ-də nə panslavizm,nə panfarsizm,nə də pangermanizm bu cür qatı düşmənçiliklə qarşılanmayıblar. Türkün yaratdığı sənət əsərləri,başqa millətlərin adına çıxılıb.

Dunyada Türkə bu qədər düşmən münasibət olduğu halda,yer üzünün türk yaşamayan ölkələrində,türk adlı yerlər hardandır?Keniyada Turqana gölü,Finlandiyada Turqu şəhəri,Fransada Turquen şəhəri,Rumıniyada Turda şəhəri və e.ö 4-3-cü minilliyə aid Turdaş arxeoloji mədəniyyəti.Özlərini türk saymayan,türkün dilinə və mədəniyyətinə sayğısız yanaşan insanlarda Turkeniç,Turçenqo,Turçaninov,Turçaq,Turçin,Turanov və hatta sadaca Türk soyadı hardandır?Axı bu soyadların daşıyıcıları özlərini slavyan sayan xalqların numayandalarıdır.Bu siyahıda fransız Turqo(fransızca yazılışı Turgot) da var.Bu soyadlardan biri də Turgenevdir.

Böyük rus yazıçısı İvan Turgenev yazmışdı: "Mən tatar xanı Turgeneyin törəməsiyəm”.İnternetin Vikipediya ensiqlopediq səhifəsində yazılıb: 1440-cı il Qızıl Orda murzası(şahzadası) Lev Turgen böyük Mosqova qnyazı Vasili Vasileviçin yanına gələrək onun təbəəliyini qəbul etmiş,xaç suyuna salınanda isə ona İvan adı verilmişdi.Vikipediyada Turgenin anlamı belə yozulur:Turgen tatar-manqol adı kimi qabul olunur,anlamı-odlu,qızğın,sürətlidir.

Turgen sözünü ahang qanununa uyğunlaşdırsaq,Turqan alınar.Turqan Turanın ilkin şəkillərindən biridir.Sovet ideologiyası,Turan türklərin mifiq yurdu adlanırdı və onu ciddi qabul etmək istəmirdi.

Bu gün Tuvada Turan adlı şəhər,Qazaxıstanda isə eyni adlı ovalıq var.Bəs əsil Turan harda olub?

Görkəmli folqlorşunas Hatəmi Tantəkin yazıb:”İ.M.Dyaqonov,İqrar Əliyev skiflərin(məncə,əslində asqatların Y.T-A) maskunlaşdıqları arazı haqqında elmi qanaata varmışlar.İ.M.Dyaqonov:”Mümkündür ki, yuxarıda söylənmiş ehtimala görə o,(skiflərin(asqatların) maskun olduğu arazı:T) daha çox Gəncə rayonunun Kür düzənliyindən,sımalı(quzay Y.T-A)Urmu rayonuna qədər uzanmışdır”.Bu haqda İqrar Əliyevin fikri:”Mümkündür ki, Partatua Qafqaz dağları ilə Urmu arasında maskun olmuş və burda skif(asqat)dövləti yaratmışdır”. Təxminən,bu yer,bu tərəf,bu ölkə "Avesta”da Turan adlandırılır.Adam heyrətə gəlir,əfsanəvi Turan Azərbaycanda!Amma biz bu vaxta qədər onu Orta Asiyada(Türküstanda Y.T-A) Ceyhun(əslində Cayhun Y.T-A)çayından şimal-qərbdə(quzay-batıda Y.T-A)bilmişik”.(Məqalələr.Bakı 2006.səh 124).Kür çayının Zardab,Ağdaş və Qəbələdə axan sol qolunun Turyan(əslində Turqan Y.T-A)adlanması Hatəmi Tantəkinin fikrini təsdiqləyir.

İtaliyada Turin adlı bir şəhər,Almaniyada isə Türingiya adlı mahal var.Azərbaycan Sovet Ensiqlopediyasinda türinglər haqqında yazılmışdır:”Türinglər german tayfa qruplarının(germandurlar,anqllar,varnlar və b.)qarışığından əmələ gəlmişlər.5-ci yüzilin önlərində Elba və Dunay hövzəsində yurd salıb,qrallıq yaratmışlar.531-ci ildə arazının böyük hissəsini franqlar,az hissəsini isə saqslar tutmuşlar.Türingiya sonralar almanların tərkibinə qatılmış və türing xalqı formalaşmışdır”.(ASE 9-cu cild. səh 391).Turin və Türing sözlərindəki i səsini a-ya çevirsək,yəni ana səsə qaytarsaq ,Turan və Turanq alınar.Belə çıxır ki,Avropada Turan adlı iki arazı var və bir tarixi tayfa olub. Bu tayfa alman millətinin formalaşmasında böyük rol oynayıb.

Gəlin türk sözünün bir neçə şəklinə baxaq: tərk-hardansa getmək,Tereq-Quzay Qafqazda çay,Turyan-Kürün qolu,Turuxan-Yeniseyin qolu,tərəkəmə-köçəri türk soyu,turist sözünün kökü tur-səfər,rus dilində torq-alver,druq(duruq)-dost.

Anlaşılır ki,türk-od,ışıq,qızğınlıq,sürət,yəni-Hayat və İnsan deməkdir.

Abşeron(əslində Abşaran Y.T-A) yarimadasında Türkan adlı kənd var.Türkan sözünü ilkin şəklinə qaytarsaq Turqan alınar.

Qədim türklər yeraltı,qaranlıq,ölüm dunyasına Qurqan demişlər.Turqan,yaxud Turan-durduğumuz,yaşadığımız,hərəkətdə olduğumuz yerdir.Beləliklə aydınlaşır ki,türk sözünün anlamı-İnsan,Turanınkı(Turqanınkı) isə Dunyadır.

Burdan nəticə çıxır ki, Türkü,Turanı bəyənməyənlər,onlara nifrət edənlər İnsanlığa,Bəşəriyyətə,Dunyaya və özlərinə nifrət etmiş olurlar.

S.A(sözardı). Sayın oxucu! Bu maqalanı oxuyanda,yazının dili sizə qəribə gələcək.Düşünəcəksiniz ki, böyük məsələlərdən yazan müəllif türk dilinin qrammatik qanunlarını bilmir,qazetin rəhbəri isə qorreqturaya fikir vermir.Xeyr,siz yanılırsınız.Maraqlanın, dilinin bu cür olmasının bir neçə səbəbi var: 1.İnsan dili üç səsdən: sinə səsi a,boğaz q,dodaq səsi b-dan və səkkiz sözdən: aq,qa,ab,ba və onların birləşməsi olan: qaq,qab,bab və baq-dan yaranıb.Dunyada ele bir dil yoxdur ku,(istər ölü,istər diri) bu sözlər bu yaxud başqa şəkildə orda olmasın.Sözü ana səsə,yəni,a,q və b səslərinə qaytaranda,onun ilkin şəklini və anlamını tapmış oluruq. 2.Ahang qanunu türk dilinin bel sutunudur.Türk dili qanunu və yığcamlığı sevir.İslam dinini yaymaq adıyla təkcə vətənimizə yox, həm də dilimizə tacavuz edildi.Əruz( əslində aruz)vəzninin şeirimizə gəlişi türk dilini ağır duruma saldı.Dilimizin ərəb və fars sözləriylə yüklənməsinə,ahang qanununun pozulmasına səbəb oldu. Sayın oxucu! Türk dili bizim Atamız,Anamızdır.Onun gözəllini,təmizliyini qorumaq,qanunlarına əməl etmək vəzifəsindən,sənətindən asılı olmayaraq hər bir türkün Muqəddəs soydaşlıq borcudur! Gəlin dilimizi qoruyaq!

Yaşar Türk-Azər

Azərbaycan Milli-Azadlıq Harakatının Bayraqdarı