"Türkiyədə Prezident seçkilərinin 2-cu turu başa çatdı. Səslərin 98%-nin hesablanması onu göstərir ki, Türk xalqı demokratiya, sabitlik və inkişaf adına çox böyük uğura imza atıb".
Bunu Türkiyədə seçkiləri müşahidə edən millət vəkili, ATƏT PA-nın komitə sədri Azay Quliyev bildirib: "Türkiyədəki seçkiləri hər iki turda izləmək mənim üçün həm yeni təcrübə oldu, həm də dünyada "2023-cü ilin seçkisi" adlandırılan bu imtahandan Türkiyə xalqının alnı açıq, üzü ağ çıxması məni çox sevindirdi.
Qardaş Türkiyəni bu tarixi nailiyyət və həmrəylik münasibətilə təbrik edirəm!
Əldə olunan nəticə Türk millətinə, Türk dünyasına xeyirli və düşərli olsun!"
Millət