Elşən Mustafayev: "Türkiyə ilə ABŞ arasında buzlar əriyəcək, münasibətlər bir neçə il öncəki səviyyəyə qayıdacaq”
NATO-nun baş katibi Yens Stoltenberq mayın 6-da Ankaraya səfər edib. Bu səfər Türkiyənin Rusiyadan raket sistemi almaq planları üzündən alyans üzvləri ilə münasibətlərinin gərginləşdiyi dönəmdə gerçəkləşib. Səfərin detalları hələ Stoltenberqin Ankaraya gəliş gününün müəyyən edildiyi andan məlum olmuşdu.
NATO baş katibinin qardaş ölkədə Türkiyənin Rusiyadan alacağı S-400 zenit raket komplekslərini və F-35 qırıcı təyyarə proqramını müzakirə edəcəyi deyilirdi. Gözlənildiyi kimi də olub. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi arasında Ankarada ikitərəfli görüş baş tutub və görüşün əsas müzakirə mövzusu S-400 zenit raket kompleksləri olub. Həmçinin, görüşdə regional məsələlər də müzakirə edilib. Stoltenberqin digər türkiyəli rəsmilərlə keçirdiyi görüşlərin əsasını bu mövzular təşkil edib.
Qeyd edək ki, rəsmi Ankara bütün təzyiqlərə rəğmən S-400-ləri almaqda qətiyyətlidir. Son olaraq, bununla bağlı açıqlama verən Ərdoğanın köməkçisi Fuad Oktay deyib ki, Türkiyə Rusiyadan S-400 raket sistemi alınmasına dair razılaşma ilə əlaqədar ABŞ-ın sanksiyalarına boyun əyməyəcək. Prezident köməkçisi bunu daha çox Türkiyə tərəfin S-400-lərlə bağlı etdiyi ödənişlərlə əsaslandırıb. Amerika bu sistemlərin NATO avadanlığı ilə uyğun gəlmədiyini və bunun F-35 tipli döyüş təyyarələrini təhlükə altına ala biləcəyini düşünür və hətta bununla əlaqədar Türkiyəni hədələməkdən belə çəkinmir.
Ekspertlərin Türkiyə-NATO gərginliyinin nə ilə nəticələnəcəyi, bunun nə qədər sürəcəyi, eləcə də, sonunda rəsmi Ankara üçün hansı sonuclar verə biləcəyi yönündə fikirləri müxtəlifdir.
Beynəlxalq əlaqələr üzrə AMİP Katibi Elşən Mustafayev ABŞ-ın mövcud vəziyyətdən narahat olmasını məntiqli sayır: "Bir müddət öncəyə qədər Türkiyənin NATO üzvü olaraq nüfuzu və ona yanaşmalar yüksək səviyyədə olub. Amma son zamanlar ABŞ və Türkiyə arasında yaranan soyuqluqlar NATO çərçivəsində də özünü göstərir. Türkiyənin Rusiya ilə iqtisadi münasibətlərini gücləndirmək istəyinin ardınca hərbi sahədə əməkdaşlıq etmək cəhdləri Rusiya ilə gərgin münasibətlərdə olan ABŞ-ı sözsüz ki, narahat etməli idi. NATO üzvü olan bir dövlətin rəqib dövlətlə bu şəkildə münasibət qurmasına səssiz qalınacağını kimsə düşünürsə səhv edir. Hesab edirəm ki, Türkiyə bu mənada çox riskli yola qədəm qoymaq istəyir. NATO-nun faktiki sahibi ABŞ olduğu üçün təşkilatın baş katibi Yens Stoltenberq Türkiyədə qeyri-rəsmi şəkildə Vaşinqtonun təmsilçisi kimi danışıqlar aparır. Aydındır ki, bu səfərin məqsədi Ankaranı Rusiya ilə hərbi sahədə əməkdaşlıqdan çəkindirmək, xüsusilə, S-400 raketlərinin alışı ilə bağlı danışıqlardan imtina etdirməkdir. Bunun üçün qarşı tərəfə vədlərmi veriləcək, təhdidlərmi ediləcək?
Ümumiyyətlə, hansısa nəticə əldə olunacaqsa, bunu danışıqlardan sonra tərəflərin ritorikasından anlaya biləcəyik. Türkiyənin S-400 raketlərini alacağından imtina etməyəcəyi ilə bağlı verdiyi bəyanatları yekun qərar kimi qəbul etmirəm. Bayaq dediyim kimi, bu Türkiyə üçün çox riskli qərar ola bilər. Hətta Rusiya da bu sövdələşmənin həyata keçməsinin çox çətin olduğunu anlayır. Söhbət iki dövlət arasında pomidor ixracından, turizmin inkişafından yaxud digər iqtisadi layihələrdən yox, strateji əhəmiyyət kəsb edən, NATO üçün qəbuledilməz hesab olunan hərbi əməkdaşlıqdan gedir. Türkiyənin bütün ordusu təpədən dırnağa NATO standartlarına uyğunlaşdırılıb. Hərbi texnikalarının istismarı, təmiri ABŞ şirkətləri vasitəsi ilə təmin edilən yüksək texnologiyalar hesabına həyata keçirilir. Bir S-400 raketlərinə görə bunlardan imtinaya dəyərmi?
Türkiyə hazırda regionun ən böyük və güclü aviasiyaya malik ölkəsidir. Yeni nəsil F-35 təyyarələrini ala bilməyəcəksə, arsenalında olan F-16 təyyarələrinə ehtiyat hissələrinin olmaması səbəbindən lazımı xidmət göstərməyəcəksə, bu gün havada olan üstünlüyünü də itirə bilər. Eyni zamanda ABŞ da regionda əsas hərbi müttəfiqini itirmiş olar. Hesab edirəm ki, bunları tərəflər yaxşı bilir və bizim bilmədiklərimizi belə aralarında müzakirə edirlər”.
Ekspert tərəflərin gərginliyi aradan qaldırmaqda maraqlı olduqlarını düşünür: "Əminəm ki, NATO soyuqluğun aradan qaldırılmasında maraqlıdır. Eyni istək Türkiyədə olduğu üçün hələ ki, bəyanatlar xaric konkret addımlar atılmır. Görünür, bu məsələdə hərənin özünə görə istədiyi güzəştlər var. Aydındır ki, Türkiyə hansısa məqsədə görə balanslı siyasət yürütmək istəyir. Amma dünyada, xüsusilə, regionda vəziyyət o həddə çatıb ki, artıq balanslı siyasət yürütmək heç kimi qane etmir. Xüsusilə Türkiyə kimi NATO üzvü olan böyük dövlətdən konkret mövqe istəyirlər. Bütün bunlara rəğmən düşünürəm ki, Türkiyə ilə ABŞ arasında buzlar əriyəcək, münasibətlər bir neçə il öncəki səviyyəyə qayıdacaq. S-400 raketləri də alınmayacaq. Bunu Türkiyənin dövlətçiliyi, gələcəyi tələb edir. Ola bilsin ki, bu, bir müddət vaxt alsın.
Hesab edirəm ki, Türkiyə ABŞ və Avropa ilə hər zaman daha yaxın olmalıdır. Tərəzinin gözündə Rusiyanı yox, onları seçməlidir. Bunun üçün isə narahatlığa səbəb görmürəm. Çünki Türkiyə hansısa kiçik, zəif, dövlətçilik tarixi az olan sıradan bir dövlət deyil ki, ondan istifadə ediləcəyini, maraqlarının təmin olunmayacağını düşünsün. 82 milyonluq, böyük bir əraziyə malik, dövlətçilik tarixi olan bir dövlət istəsə diktə də edə bilər. Amma məni narahat edən problemin fərdlər üzərindən inkişaf etdirilməsi görüntüsüdür. Çox vaxt bu gərginliyin Ərdoğan–ABŞ, Ərdoğan -NATO arasında yaranan problemlərdən qaynaqlandığı bildirilir. Ona görə də istər Türkiyədə, istərsə də, dünyada bir çox mütəxəssislər yaranan soyuqluğu şəxsən Ərdoğanın siyasəti ilə əlaqələndirirlər. Əgər belədirsə, deməli münasibətlərin normallaşması bu gün üçün onun verəcəyi qərarlardan asılıdır”."Yeni Müsavat”