Prezident İlham Əliyev martın 29-da Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibə verib.
Müxbirin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları barədə sualına cavabında Azərbaycan Prezidenti bunları deyib: "Bildiyiniz kimi, xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar. Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik. Bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub. Yəni hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu nəzərdə tutulur. Çünki danışıqlar prosesi, təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar, uzun illər olduğu kimi, Ermənistanla Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk Qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi, təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq. Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar, çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”. İlham Əliyevin açıqlamasında 3 məqam xüsusilə diqqəti çəkir. Prezident xüsusi olaraq vurğuladı ki, danışıqların formatı dəyişməz qaldı, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib və substansiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıdılıb. Qeyd olunan bu üç məqamı necə dəyərləndirmək olar?
Siyasi elmlər doktoru Hatəm Cabbarlı "Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Paşinyanla Vyanada keçirdiyi görüş bir çox təhlilçilər tərəfindən geniş şəkildə qiymətləndirilməkdədir:"Təxminlər belədir ki, Azərbaycanın mövqeyi tam şəkildə qorunsa da, hansısa ciddi nəticənin əldə edildiyindən söhbət gedə bilməz. Görüşdən sonra İlham Əliyev TASS agentliyinə verdiyi müsahibədə məsələni qısa şəkildə dəyərləndirir. Prezidentin fikirləri daha demokratikdir və pozitiv baxışı əks etdirir. Belə başa düşürük ki, Prezident danışıqlar formatının dəyişməz qalmasından öz razılığını ifadə edir. Eyni zamanda, məsələnin mahiyyəti ilə bağlı substansiv danışıqların aparılmasından da məmnun qaldığını bildirib. Belə qənaətə gəlinir ki, bundan sonrakı görüşlər Prezident və Baş nazir səviyyəsində deyil, alt səviyyədə aparılacaq. Yəni xarici işlər nazirləri səviyyəsində. Bu da onu deməyə əsas verir ki, Minsk Qrupu bu görüşdə ciddi nəticə əldə edə bilməyib. İlham Əliyevin bu diplomatik bəyanatı ilə müqayisədə erməni tərəfi olduqca militarist bəyanatlar verməkdə davam edir. Bundan başqa, Ermənistanın müdafiə naziri David Tanoyan ABŞ-da səfərdə olarkən, erməni diasporu ilə görüşdə heç bir diplomatik qaydaya sığışmayan və Ermənistanın problemin həlli ilə bağlı mövcud psixologiyasını göstərən bir bəyanat verib. Deyib ki, biz sülh üçün ərazi dəyişikliyi formulunu yeni müharibə, yeni ərazilərə dəyişmişik. O eyni zamanda deyib ki, düşmən ölkənin ərazisində hərbi əməliyyatların aparılması ilə bağlı işlər görürlər. Təbiidir ki, düşmən ölkə deyəndə o, Azərbaycanı nəzərdə tutur. Bu ifadə Ermənistanın sülhə deyil, hərbi əməliyyatlara meylli olduğunu göstərir. Görünən budur ki, Dağlıq Qarabağla bağlı Paşinyan rejiminin diplomatik cəhdləri tam tıxanıb. Vyana görüşündən bir gün sonra Ermənistan müdafiə nazirinin məhz ABŞ-da ATƏT həmsədrlərindən birinin ərazisində belə məsuliyyətsiz bəyanatla çıxış etməsi Ermənistanın mövqeyinin ən bariz göstəricisidir. Görüşdən əvvəl isə Nikol Paşinyan belə məsuliyyətsiz bəyanatlar verirdi. Bütün bunlara rəğmən, Vyana görüşündən Azərbaycan üstün ayrıldı. Çünki Ermənistanın format dəyişməsi və digər tələbləri baxılmaz olaraq qaldı”.