Xocalı kimi soyqırım törədən bir millət humanizmdən danışa bilməz

Əli Orucov: "Bu onu göstərir ki, ermənilər həmişə ələbaxan olublar və öz yazıq, dilənçi görkəmləri ilə dünyanı bezdiriblər”

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı, Təbəssüm Şəhəri Xeyriyyə Fondunun Himayəçilər Şurasının sədri Anna Akopyan keçən şənbə Cenevrədə İsveçrə Qırmızı Xaç Cəmiyyətinin təşkil etdiyi və bu il "Qocalarımızın həyatını işıqlandırın” şüarı altında Ermənistana həsr olunmuş ənənəvi xeyriyyə gecəsində iştirak edib. Tədbirdə bütün ermənilərin katolikosu II Qaregin də iştirak edib.

Bu ilin əvvəlində İsveçrə Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri nəzərdə tutulan xeyriyyəçilik missiyasını yerinə yetirmək, yerdəki vəziyyətlə yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq və erməni həmkarları ilə işi əlaqələndirmək üçün Ermənistana səfər ediblər. Tədbirin əsas məqsədi toplanmış vəsaiti Ermənistandakı yaşlı və əlil insanların ehtiyaclarının ödənilməsinə həsr etməkdir.Tədbirdə hökumət və siyasi xadimlər, diplomatlar, bir çox tanınmış İsveçrə və xarici iş, sənət adamı və İsveçrədəki erməni icmasının nümayəndələri iştirak ediblər.

Nikol Paşinyan Baş nazir olandan sonra onun həyat yoldaşı A.Akopyan tez-tez belə dilənçi xarakterli marafonlar təşkil edir. Xüsusən də Avropa ölkələrində və ABŞ-da belə marafonlar keçirilir. Ancaq onun bu yöndə fəaliyyəti heç də hər zaman uğurlu alınmır. Məsələn, bir neçə ay əvvəl A.Akopyan ABŞ-a səfəri çərçivəsində Bostonun erməni icması ilə görüşüb. Bostonun erməni icması A.Akopyanın başçılıq etdiyi fonda cəmi 150 min dollar ianə verib. Akopyanın sözügedən dilənçilik fəaliyyətinin bu cür nəticələnməsi, yəni gözlənilənlərin əksinə olaraq, çox az vəsaitin yığılması Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. İndi də Akopyan din adı altında İsveçrədə pul dilənir.

"Xeyriyyəçi aksiyalarda iştirak etməklə Anna Akopyan da əri kimi...”

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, ermənilər tək indi Paşinyanın həyat yoldaşının timsalında dilənmirlər: "Bu onu göstərir ki, ermənilər həmişə ələbaxan olublar və öz yazıq, dilənçi görkəmləri ilə dünyanı bezdiriblər. Gah bu dilənciliyin adını xeyriyyəçilik adlandırıblar, gah da yardım marafonu kimi təqdim ediblər. Lakin bütün bunların necə adlandırılmasından asılı olmayaq, məqsəd pul qopartmaq və həmin pulları da öz ehtiyacları üçün xərcləməkdir. Ermənistan rəhbərləri, Paşinyan da daxil olmaqla, qocalara, uşaqlara belə qayğıkeş yanaşan idisə, bəs nədən Qarabağda yüzlərlə qoca və uşağı qətlə yetirirdilər? Yürütdükləri təcavüzkar siyasətlə erməni rəhbərləri öz xalqını bu gün dilənçi kökə salıb didərgin edib. Qocaları aç-yalavac ehtiyac içərsində qoyub. Xeyriyyəçi aksiyalarda iştirak etməklə Anna Akopyan da əri kimi öz xislətini və yırtıcı sifətlərini ört-basdır edə bilməzlər. Çünki mənsub olduqları dövlətin işğalçılığı və terroru nəticəsində bütöv bir regionda humanitar fəlakət baş verib. Bir milyondan çox insan, o cümlədən, qocalar, ahıllar, yaşlı insanlar doğma yurd-yuvalarının həsrətini çəkir. Həmçinin, olmazın məhrumiyyətlər içərsindədir. Xocalı kimi soyqırım həyata keçirən bir dövlətin, hətta bir millətin nə özü, nə də rəsmi və digər nümayəndələri, ümumiyyətlə, humanizm sözünü işlətməməli, belə tədbirlərə buraxılmamalıdr. Həmin A.Akopyan bir müddət əvvəl də özünü "sülh mələyi” qismində təqdim etməyə çalışaraq, əsgər analarının göz yaşı axıtmaması aksiyasına start vermişdi. Lakin bu aksiya dəstək qazanmadı. Çünki anaların göz yaşlarına səbəb olan elə onun əri və Paşinyanın sələfləri olub”.

Vidadi ORDAHALLI