Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir.
Xocalı soyqırımının dünyada geniş təbliği, daha çox dövlətin bu soyqırımını tanıması Qarabağ probleminin ədalətli həllinə də kömək ola, Ermənistanın təcavüzkar dövlət kimi ifşasına yardım edə bilərmi?
Moderator.az-a açıqlama verən AMİP lideri Etibar Məmmədov bu soyqırımına imza atanların istənilən halda cəzalanmasının vacib olduğunu qeyd etdi:
"Xocalı soyqırımı Dağlıq Qarabağ məsələsinin nizamlanmasında xüsusi bir məsələdir. Burada hərbi cinayət xarakterli əməllərdən, mülki insanlara qarşı törədilən vəhşiliklərdən söhbət gedir. Genosid cəhdi kimi Xocalıda baş verənlər bir çox dövlətlərin parlamentləri tərəfindən də tanınıb. Bir çox təşkilatlar da bu barədə məlumatlıdır. Bunu törədən insanlar isə Dağlıq Qarabağ münaqişəsinin nə cür həll olunmasından asılı olmayaraq, cinayət məsuliyyəti daşıyırlar və hökmən cəzalanmalıdırlar”.