Xuda
Xuda sözü hamıya tanışdır. Fars sözü sayılır. Anlamı Tanrıdır. İslam dinində allahın ayamalarından biri-xudavəndi aləmdir. Yəni, dunyanın uca tanrısı.
Xuda- qut və ay sözlərinin birliyindən yaranıb. Qut sözü qaqdan (qa-uca; aq-od, ışıq) yaranıb. Anlamı-Tanrıdır. Ay-yaranmış, törəmiş deməkdir.
Türk dilində qat-uca, qut-xeyir deməkdir. Alman dilində Tanrı-qot, ingilis dilində qoddur. Alman dilində qut, ingilis dilində qud xeyir deməkdir. Bu sözlərdə həm t, həm d səsinin olması təəccüblü deyil. Çünkü t və q səsləri, ana səs q-nın ilk və ikiz balalarıdır.
Böyük rəhbərimiz Əbülfəz Elçibəyin fikrincə, qutay-ay tanrısıdır. Amma görünür kü, Ə.Elçibəy yanılıb. Umumən, bilginlərin (alimlərin) bir çoxu sözlərin, adların sonundakı ay şəkilçisini göy cismi kimi qabul edirlər.
Yuxarıda göstərdim ki, qutayın, xudanın anlamı-tanrının ışığı, törəməsi, balasıdır. Yəni, xuda Tanrı yox, tanrıçadır.
Böyük Türk dastanı olan Dədə Qorqudun adı, anlamına görə xuda ilə eynidir. Qor-od; qud-xeyir, tanrı deməkdir.
Başqa Türk peyğəmbərlərindən fərqli olaraq, islam dininin qabul etdiyi son yurdu, Ə.Elçibəyin "Dağlar Sultanı, dağlar Piri” adlandırdığı Savalan dağı olan Xızır, Xıdır peyğəmbərin adının ilkin şəkilləri-Qadar və Qudur olub, yəni, Tanrı balası.
O ku qaldı Dədə Qorqudla, Xızırın buta (haqq aşıqlığı, şamanlıq) vermələrinə, nağıllarda payverən dərvişlər Dədə Qorqudun islamlaşmış şəklidir. Bəzən də qahramanın yuxusuna girib, onu buta verən adamın Xızır yox,( Dədə Qorqudda tam unudulub) şiəlik təriqətinin yaradıcısı Əli Əbutalib oğlu (600-661) olduğu deyilir. Əlbəttə ki, bu düz deyil, çünkü haqq aşıqlığının(şamanlığın)tanrı vergisinin, butanın, sirli yuxuların islam dininə dəxli yoxdur.
Xeyir-qaqqar; yaxşı-qaqqay sözlərindən yaranıb. Hər ikisinin anlamı-Tanrı törəməsidir.
Əsil Xeyir, əsil Yaxşılıq, əsil Həqiqət-Mütləq Xeyir, Mütləq Yaxşılıq, Mütləq Həqiqətdir.
O ku qaldı Xudaya, Dədə Qorquda və Xızıra, onların Tanrı balaları , yəni tanrıça olmaları aydınlaşdı.
Ər və arvadın ata-analarının umumi adı qudadır. Quda xudanın ilkin şəkillərindən biridir. Görünür, onların bu cür adlanmasına səbəb iki şəxsin birləşərək yeni ailə yaratması və iki soyun bütövləşməsidir ki, bu da Tanrı səviyyəli, Böyük, Xeyirli Əməl sayılmışdır.
Toy
Toy deyəndə fikrimizə yemək-icməyi bol olan, musiqili, rəqsli bayram toplantısı gəlir.
Toy sözünün ilkin şəkli-qaq, taq, tağ, taydır. Anlamı-uca od, ucalıq, toplantı, yığıncaqdır. Təpə şəklində yığılmış ota taya deyilir. Yük sözünün sinonimi taydır. Müxtəlif qurumların, siyasi firqələrin baş orqanı qurultaydır.
Toy yalnız evlənmək bayramı deyil. Hər toyun öz adı var: düyün toyu, ya da toy-düyün, sünnət toyu; bu gün də Volqaboyu, Sibir, Ural, Altay türklərinin yaşatdıqları mahsul bayramı "Sabantuy”.
Bu gün heç kimin ağlına da gəlməz ki, yasa toy desin. Fəqət, bu belədir. Çünkü yas sözü bir törən, bir yığıncaqdır. Bu ifadə Şirvanın bəzi rayonlarında bu gün də yaşamaqdadır.
Aydındır kı, toy- toplantı, yığıncaq və ərəb dilindən dilimizə keçmiş məclis sözlərinin sinonimidir.Buna görə də toy sözünün yanında məclis sözünün yazılması artıqdır.
Soyad sonluqları
Soyad soyun, nəslin, ailənin adı deməkdir. Soyad sonluqlarının hansının daha lazımlı olması haqqında uzun illər mübahisələr gedir. Göstərilən sonluqlar arasında bizdə qullanan sonluqlarla yanaşı, gürcü və Uqrayna sonluqları da var.
Başlayaq Azərbaycanın quzayında çox geniş yayılmış ov-dan. Ov-un ilkin şəkli abdır. Anlamı –od, ocaq, ailədir. Oviç-soyun ışığı, ovna-nəslin törəməsi deməkdir.
Ov sonluğu yalnız ruslarda yayılıb (rusların təzyiqi ilə ovu qabul edən xalqlar sayılmır).Güney slavyanlarda (serblərdə, xorvatlarda və s.) oviçdir.
-Ov Azərbaycanda 19-cu yüzilin önlərində yayılmağa başlayıb. İlk daşıyıcısı Abbasqulu ağa Bakıxanov olub.
Türk dilində cins bölümü olmadığı üçün ov-un sonundakı –a şəkilçisi yığışdırılmalıdır. Bunun gözəl numunəsi Fransada yaşayan Azərbaycanlı muhacir İrəm Məlikov və ailəsidir.
-Zadə
Fars sözü sayılır. Səbəb sözün uzanması və ahəng qanununun pozulmasıdır.
Sual olunur: -Əgər zadə fars sözüdürsə, onda niyə: 1. İran adlanan dövlətdə bütün zadələr türkdür? 2. Fars şovinizminin atası Rza şah Pəhləvi taxta çıxandan sonra şahzadə sözü şahpurla əvəzləndi?
Zadənin ilkin şəkilləri: saqtay, zattay, zatay, sadaydır. Zat-soy,ocaq; tay-ay,ışıq, törəmə deməkdir.
Oğlu
Bu soyad sonluğu daha çox Türkiyədə yayılıb. Oğlan sözünün ilkin şəkli -aqulandır.Anlamı- elin, obanın, soyun ışığıdır. Oğlu sonluğunu bəyənməyənlər deyirlər ki, qadın "oğlu” soyadını necə daşıya bilər? Amma onlar anlamırlar kı, söhbət qadının atasından yox, kim bilir neçənci babasından gedir.
-Soy
İlkin şəkli saq, saydır- ocaq, nəsil, ailə deməkdir. Azərbaycanın quzayında ilk daşıyıcısı, Milli Azadlıq Harakatının fəalı, ünlü ziyalı Mansur Əlisoy(1935-2005) olub.
-Gil
Qədim türk soyad sonluğudur. İlkin şəkli qaldır. Anlamı-ocaq, ailə, soydur.
-Lı, li, lu, lü
İlkin şəkli laydır. Anlamı-ışıq, törəmədir.
-İ və -pur
Fars soyad sonluqlarıdır. İ-nin ilkin şəkli ay-dır. Anlamı-ışıq, törəmədir.
Pur fars sözüdür, anlamı oğlandır. Purun ilkin şəkli bardır. Anlamı-ucadan gələn və meyvədir.
Doğrudan da, əski zamanlardan oğlan ailə və soy üçün Tanrı baxşışı, gözəl bar(meyvə) sayılırdı.
Bu sonluqlar daha çox Azərbaycanın güneyində yayılıb. Quzaydakı daşıyıcılar isə güneydən köçmüşlər və onların törəmələridir.
-Ski
Polyaq soyadı sayılır. 19-cu yüzilin sonları, 20-ci yüzilin önlərində daha çox aqtyorlar arasında yayılmağa başlayıb.
Ski-nin ilkin şəkli asqaydır. As-ocaq, soy, ailə; qay-törəmə deməkdir.
Ski-nin ilkin şəkli syaqa, ilkin şəkil asqayı təsdiqləyir.
-Dze
Gürcü soyadıdır. Anlamı- günəş və süddür. İlkin şəkli adzaydır. Ad-od, günəş, ocaq, soy; zay-törəmə deməkdir.
-Şvili
Gürcü soyadıdır. Anlamı-baladır. İlkin şəkilləri-aqbalaq, asbalaq, aşbalaqdır. Anlamı-ocağın, soyun balasıdır.
-Enqo
Bu soyad sonluğu Uqraynada və Belarusiyada yayılıb. İlkin şəkli anqaydır. Anlamı- soyun törəməsidir.
Beləliklə, aydınlaşdı ki, yuxarıda göstərilən soyad sonluqları rəsmən müxtəlif dillərə mənsub olsalar da, kökləri, ilkin şəkilləri və anlamları birdir.
Çaxır
Çaxır deyəndə fikrimizə üzümdən düzəlmiş spirtli içki gəlir.
Çaxır sözünün ilkin şəkilləri-saqqar, çaqqar, çaqar, çaxar olub. Çaq, çax-od; qar-yaranmış deməkdir. Qədim zamanlarda yıldırımın bir adı da çaqar(çaxur)imiş.
Dastanlarda yuxuda qahramana içki verirlər. Oyanandan sonra haqq aşığı, yəni şaman, maq olan qahraman, butasının dalınca gedir, bir çox əziyyətlərdən keçərək butasına qovuşur.
Dilimizdə çaxırın bir adı da var: mey. Bu söz dilimizdə -meynə (üzüm ağacı), meyxana (balaca yeməkxana və şifahi ədəbiyyatında şeir janrı) şəklində yaşamaqdadır.
Meyin ilkin şəkli maq olub. Görünür kü, çaxır yarananda yalnız maqların, şamanların qullandığı, ruhu qaldıran, ona mənəvi güc verən, müqəddəs içki olub. Qədim Çində, qutsal törənlər vaxtı ruhun qalxınması üçün çaxır içərlərmiş.
Spirtli içkilərin umumi adı şərabdır. Belə sayırlar kı, şərab- ərəb sözü şər-in və fars sözü ab-ın birliyindən yaranıb.
Şər yalnız yaramazlıq deyil, Şərin ilkin şəkli qar, yəni oddur. Şərabın anlamı oddan törəmiş, odlu sudur. Əbəs deyil ki, rus dilində arağın 2-ci adı qorilqadır, yəni yanar sudur.
İslam dini şərabı yasaq etmişdi. Amma bütün monarxlar, saray adamları, filosoflar, şairlər şərab içərlərdi. Şeirin rubai janrının ümdə mövzusu şərab idi. Bununla da, şərabın ruhu qaldırması öz təstiqini tapır. Buna misal olaraq, Ədbürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər” hekayəsini göstərmək olar. "Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır : xəlvət otaq və bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb, şeir öz-özünə su kimi axacaqdır”. Görünür kü, şərabın insan ruhuna müsbət təsirini Ə.B.Haqverdiyev yaxşı bilirmiş.
Azərbaycanın bir çox rayonlarında- İmişlidə, Göyçayda , Masallıda və Cabrayılda "Çaxırlı” adında kəndlər var. Əlbəttə, bu o demək deyil ki, həmin kəndlərdə çaxır düzəldirmişlər.
Yuxarıda göstərdim ki, çaxırın ilkin şəkillərindən biri çaqardır. Hər şeydən görünür kü, çaqar tayfa adıdır. Hindistanda çox əski zamanlarda Türküstandan köçmüş Çaqar adlı tayfa yaşayır. Qubada Çaqar adlı dağ var. İmişlinin Qaradonlu kəndi yaxınlığında, Çahar adlı kənd var. Düzdür, "çahar” fars dilində dörd deməkdir. Amma, araşdırmalar göstərir ki, Azərbaycanın həm güneyində, həm də quzayında farsdilli tarixi yer adları yoxdur. "Çahar”la "çaqar” eyni köklü sözdür. "H” boğaz səsli olaraq, ana səs olan "q”-nın balasıdır.
Bərdə, Göyçay, Şəki və Şamaxı rayonlarında Cəyirli adında kəndlər var. Cəyirlilər Azərbaycana Türküstandan gəlmişlər. Cəyirlilərin əsl adı "çaqurlu” və "çaqırlı”dır. "Çaqurlu” və "çaqırlı” sözlərinin ilkin şəklinin "Çaqar” olmasının sübutudur.
Dilimizdə "cayır” sözü və "cayır-cayır yanmaq” ifadəsi var. Çayır, tərəvəzin düşməni olan alaq otudur. Hər iki söz kökən "çaqar”a bağlıdır.
"Çayır”a və "cayır”a bağlı sözlərdən biri də "cəhrə”dir, yəni ipəyirən alət.
Yuxarıda göstərdim ki, çaxırın ilkin şəkillərindən biri saqqar olub. Ordubadda Saqqarsu adlı çay var. Saqqardan rus sözü "saxar” (şəkər, qənd), Saxara(dünyanın ən böyük səhrası) və başqa sözlər yaranıb.
Qaf , Qafqaz
Nağıllarımızda Qaf adlı dağın adı tez-tez çəkilir. Deyilir ki, Qaf dağı Qara div başda olmaqla, mifiq şər qüvvələrin yurdudur. Bütün bilginlər bir ağızdan deyirlər ki, Qaf mifiq dağdır.
Qafqaz sıra dağları gerçəkdir. Amma, onun da adının anlamı bilinmir. Bəzi hallarda deyirlər ki, anlamı Xəzər dağlarıdır.
Ellada mifində deyilir ki, Olimp tanrıçalarından olan Prometey, baş tanrı Zevsin gizlətdiyi odu oğurlayıb insanlara qaytardı. Buna görə də, Zevs Prometeyi Qafqazda qayaya zəncirlədərək əbədi caza verdi. Onu bu cazadan Heraql qurtardı.
Bəs niyə Prometeyin caza yeri Olimp yox, Qafqaz oldu? Buradan görünür ki, odun mənbəyi Qafqazdır, yəni Prometey odu Qafqazdan götürüb.
Qafqaz iki sözün birliyindən yaranıb : "qaf” – baş; "qaz” – od deməkdir. Qafqazın anlamı "odlu baş”, "odlu zirvə”dir. Bunu həm bizim nağıllar, həm miflər, həm neftin və qazın ilkin mənbəyinin Qafqaz olması, həm də Qafqaz xalqlarının (ermənilərdən başqa) odlu, qızğın, döyüşkən, sözü bütöv olmaları buna subutdur.
Vulqan
Vulqan dağ zirvəsində qaynayıb, daşıb, düzənliyə tərəf axaraq, qarşısına çıxan hər şeyi məhv edən od selidir. Vulqan (vulqanus) latın sözü sayılır. Anlamı – od, məşəldir. Qədim Romada od və dəmirçilik tanrısının adı "Vulqan” idi.
Vulqan sözünün ilkin şəkilləri "baqqan” , "balqan” , "bulqan” idi. Bal – uca od ; qan – yer; bulqan – üzə çıxan, tapılmış deməkdir.
Balqan yarımadası
Yarımada asas yerdın ayrılaraq, su hövzəsinin içərilərinə "şığıyan” quru sahəsidir.
"Vulqan” sözünün ilkin şəkillərindən biri "balqan”dır. Güney Avropadakı ən böyük yarımadalardan birinin adı Balqandır.
Balqon
Fransız sözü sayılır. Balqon evin üst qatlarında yerləşib, asas hissəsindən ayrılaraq, havanı yaran bir parçasıdır.
Balyant
Cabrayıl rayonunda Balyant adlı kənd var. Balyant dağ zirvəsində yerləşir və qabağa çıxaraq, hər tərəfdən görünür.
"Y” boğaz səsi olaraq, "q”-nın balasıdır. "Y”-nı "q” ilə əvəzləsək, "Balyant” sözü dönüb "Balqant” olar, yəni ilkin şəklinə qayıdar.
Beləliklə, bilindi ki, "vulqan”, "balqan”, "balqon” və "balyant” eyni köklü və quruluşlu sözlərdir və umumi anlamı yarımadadır.
Yaşar Türkazər
Aqustos-eylül 2018.