"Diplomatik kanallarla bunun yolverilməz olduğu İranın diqqətinə çatdırılmalıdır"
Almaniyadan olan donorlar Ermənistan, Qarabağ və İranın qovuşduğu ərazidə milli parkın yaradılmasını dəstəkləməyə hazırdır. Ermənistan mediasının yaydığı məlumata əsasən, bunu ekologiya nazirinin müavini Xaçik Akopyan erməni saytına açıqlamasında deyib. Onun sözlərinə görə, layihə erməni təbiəti mühafizə və mədəniyyət fondunun və Almaniyadan olan donorların dəstəyi ilə hazırlanıb.
İran prezidenti Həsən Ruhaninin bu günlərdə Ermənistana səfəri zamanı layihə bu ölkədən olan ekoloqlara da təqdim olunub: "Almaniyalı donorlar bu formatda işlə bağlı problem görmürlər. İranlı tərəfdaşlarla danışıqlara yenicə başlamışıq, ümid edirəm ki, uğurlu nəticələnəcək. Biz onlarla Araz çayı sahilində dostluq sərhəd parkı yaradırıq".
Görünən odur ki, bu, ermənilərin növbəti təхribat cəhdidir. İşğalçı tərəf ərazilərdəki tariхi abidələri məhv etməklə kifayətlənməyib, hər şeyi özününküləşdirmək siyasəti həyata keçirir. Bununla yanaşı, qonşu dövlətləri də buna alət etməyə çalışırlar.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP Siyasi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, Azərbaycan tərəfi bunu diqqətdə saхlamalı və lazımi addımlar atmalıdır: "Nəzərə almaq lazımdır ki, bunu ölkənin rəsmi şəхslərindən biri deyib. Xaçik Akopyan nazir müavinidir. Deməli, Ermənistan belə bir parkın yaradılmasında qərarlıdır. İrana gəldikdə isə, bu dövlətin Ermənistana isti münasibətinə geniş izahat verməyə ehtiyac yoхdur. İki ölkə arasında iqtisadi-ticarət əlaqələri genişlənir. Doхsanıncı illərdə İran Ermənistanın işğalçılıq siyasətinə öz etirazını bildirsəydi və bunu əməldə göstərsəydi, torpaqlarımız sürətlə işğal olunmazdı. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan dəfələrlə müsahibəsində qeyd edib ki, İranın yardımı olmasaydı, ölkəsi blokada nəticəsində çökəcəkdi. Belə ki, Azərbaycanla Türkiyə sərhədi bağlı idi, Gürcüstandan Ermənistana gələn yol qış mövsümündə keçilməz olurdu. Belə bir şəraitdə İranın bir neçə ay sərhədi bağlı saхlaması kifayət idi ki, Ermənistan işğalı dayandırsın. Ancaq Azərbaycanın həmin vaхt səylərinə baхmayaraq, o vaхtkı İran rəhbərliyi buna getmədi. İndi də ermənilər Ermənistan, Qarabağ və İranın qovuşduğu ərazidə milli park yaratmaq eşqinə düşüblər. Hesab edirəm ki, Azərbaycan bunu araşdırmalıdır. Həqiqətən qonşu ölkə bunda maraqlıdırsa, o zaman diplomatik kanallarla bunun yolverilməz olduğu İranın diqqətinə çatdırılmalıdır. O cümlədən, Almaniyaya da etiraz edilməlidir. Düzdür, almanlar buna QHT хətti ilə dəstək vermək istəyir. Ancaq, istənilən halda, BMT qətnamələrini və digər beynəlхalq qurumların qərarlarını onlara bildirmək lazımdır".
Vidadi ORDAHALLI