Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovun Rusiyanın Azərbaycandakı səfiri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. 70 yaşlı Boçarnikov bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub. O, diplomatik missiyasını 2018-ci ildə başa vurub. Yeni səfirlə bağlı verdiyimiz sorğu nəticəsində əldə etdiyimiz məlumatları təqdim edirik.
Qeyd edək ki, Mixail Nikolayeviç Boçarnikov 1948-ci ilin 6 martında anadan olub. Diplomat 1971-ci ildə SSRİ-nin Efiopiyadakı Səfirliyində məsləhətçi-müşavir kimi çalışmağa başlayıb. 1977-ci ildə Moskvaya geri çağırılsa da, 1982-ci ildə yenidən Efiopiyaya eyni vəzifəyə göndərilib və sonrakı 5 ilini burada keçirib. Efiopiyadan sonra 1990-cı ildə Zimbabvedə çalışıb. Boçarnikov ilk dəfə səfir vəzifəsinə 1992-ci ildə yüksəlib və Zambiyaya səfir təyin edilib. Bu vəzifədə 1996-cı ilə qədər işləyib. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin Afrika Departamentinin direktoru təyin edilib. 1999-cu ildə Yunanıstana səfir göndərilib. Əsasən Afrika ilə iş üzrə ixtisaslaşan diplomatın fəaliyyət yönünü dəyişdirməsi də bu tarixdən başlayıb. Yunanıstanda 4 il işləyən Mixail Boçarnikov 2003-cü ildə Gürcüstan-Abxaziya konfliktinin həlli məsələsində xüsusi səlahiyyətli səfir olub. 2006-cı ildə Qafqazdakı fəaliyyətini bitirən diplomat Qazaxıstana səfir təyin olunub və Astanada Moskvanın rəsmi nümayəndəsi kimi 12 il qalıb. Buradakı fəaliyyəti dövründə Qazaxıstan hakimiyyəti ilə sıx əlaqələr qurmağı bacaran səfirin, demək olar ki, hökumətlə heç bir problemi yaşanmayıb. Boçarnikov NATO əleyhdarı kimi tanınır. Göründüyü kimi, Rusiya Azərbaycana çox təcrübəli bir diplomatı səfir göndərib. Yeni səfirin fəaliyyəti ərzində Azərbaycandakı başlıca missiyası nədən ibarət olacaq?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya və Azərbaycan arasında diplomatik münasibətlər Qərb dövlətləri ilə müqayisədə bir qədər fərqlidir: "Qərb dövlətlərinin səfirləri öncədən onlara tapşırılmış missiya üzrə sərbəst olaraq işini həyata keçirir və məsuliyyəti də birbaşa daşıyırlar. Səfirin tərcümeyi-halı, keçmiş təcrübəsi, professional xarakteri isə missiyanın nədən ibarət ola biləcəyini də təxmin edir. Həmçinin, böyük Qərb dövlətləri səfirlərinin məhz bu baxımdan daha çox fəaliyyətləri görünür, ölkənin ictimai-siyasi həyatında daha çox üzdə olurlar. Rusiya ilə diplomatik münasibətlər bir az fərqlidir. Bunun da səbəblərindən biri Azərbaycanın siyasi rəhbərliyinin, hökumət nümayəndələrinin birbaşa səfirliyin vasitəçiliyi olmadan Rusiya hakimiyyətinin yüksək çinli rəsmiləri, prezident və baş nazirlə istənilən vaxt əlaqə saxlayıb, müzakirələr aparmaq imkanlarına sahib olmasıdır. Hesab edirəm ki, Rusiya Səfirliyi, bir növ, prosedur qaydaları, protokolu həyata keçirən bir orqandır. Keçmiş səfir Doroxinin geri çağırılmasından 6 ay sonra yeni səfirin təyin olunması da dediklərimə əsas verir. Adətən 2 halda səfirliklər uzun müddət səfirsiz qalır və müvəqqəti işlər vəkili bu vəzifəni həyata keçirir. Birinci hal ölkələr arasında münasibətlərdə gərginliklər olanda baş verir. O zaman bu addımla hər hansı münasibətə ciddi əhəmiyyət verilmədiyini göstərmək istəyirlər. İkinci hal isə münasibətlərin, əlaqələrin gedişatında diplomatik münasibətlərin o qədər də rolu olmadığında olur. Rusiya üçün Azərbaycanın böyük önəm kəsb edən ölkə olduğu hamıya məlumdur. Bu səbəbdəndir ki, Rusiya rəhbərliyində təmsil olunan və ölkəyə səfər edən rəsmilərin sayı digərlərindən daha çoxdur, şəxsi kontaktlar isə mütəmadidir. Rusiya Azərbaycandakı maraqlarını qorumaq və həyata keçirmək missiyasını heç vaxt birbaşa səfirlərin üzərinə qoymayıb. Bu məsələ birbaşa Moskvadan müxftəlif təşkilatlar vasitəsilə idarə olunur. Hər hansı sual və problem yarananda da, dediyim kimi, kontaktlar birbaşa olur. 2012-ci il və 2013-cü illərin əvvəllərinə qədər Azərbaycan-Rusiya münasibətlərində görünməmiş gərginliklər var idi. Ölkə mətbuatında hakimiyyət nümayəndələrinin Rusiyaya qarşı çıxışlarının sayı-hesabı yox idi. Məhz o zaman Rusiya Səfirliyi əlaqələri koordinasiya edirdi. 2013-cü ilin ikinci yarısında münasibətlər düzələn kimi, işlər əvvəlki axarı ilə getməyə başladı. Düşünürəm ki, yeni səfir Moskvadan olan təlimatlar üzrə gündəlik işləri ilə məşğul olacaq və fəaliyyəti də əvvəlki səfirin fəaliyyətindən fərqlənməyəcək. Çünki hələ ki, dəyişikliyə səbəb olacaq faktorlar ortada yoxdur”.