Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə partiya sədrliyindən və üzvlüyündən istefa verib.
Bu barədə APA-ya Y. Bağırzadə özü bildirib. Onun sözlərinə görə, istefaya səbəb səhhətində problemlər yaranmasıdır.
Xatırladaq ki, bu ay partiyanın qurultayının keçirilməsi gözlənilir
Bu barədə APA-ya Y. Bağırzadə özü bildirib. Onun sözlərinə görə, istefaya səbəb səhhətində problemlər yaranmasıdır.
Xatırladaq ki, bu ay partiyanın qurultayının keçirilməsi gözlənilir
"Yusif Bağırzadə dünən axşama qədər partiyada olub və AMİP rəhbərliyinin onun istefasından xəbəri yoxdur”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadə partiya sədri Yusif Bağırzadənin istefasına münasibət bildirərkən deyib.O, Y. Bağırzadə ilə əlaqə yaratmağa çalışdıqlarını qeyd edib: "Yusif Bağırzadənin istefası onun şəxsi qərarıdır. Biz bu barədə məlumatı ilkin mənbə olaraq sizin agentlik vasitəsilə əldə etmişik. Yusif bəyin özü ilə əlaqə yaradandan sonra açıqlama ilə çıxış edə bilərik. Bizim üçün bu istefa gözlənilməz oldu”.