Zərdüşt Əlizadə "Meydan Tv”-yə verdiyi silsilə yazısında adəti üzrə yenə də AXC və onun rəhbərlyinə qarşı kin-kidurətini töküb. Üslubuna sadiq qalaraq aşağılayıcı ibarələrdən, qərəzli yanaşmadan, böhtan və yalanlarından əl cəkməyib. O, elə hesab edir ki, aradan kifayət qədər vaxt ötüb, yeni nəsil formalaşmaqdadır, tarix və ədəbiyyatımız yetərincə obyektivlik göstərmir və belə füsrət əldən verilməməli, ictimai rəyi çaşdırmaq, yaxın dövr tariximizi saxtalaşdırmaq mümükündür. Lakin unudur ki, öz mülahizələrinə uyğun təsvir və bəhs etdiyi dövrün canlı şahidləri, iştirakçıları sağdırlar. Onun nağılları hər dəfə tutarlı faktlarla alt-üst olsa və cavabını alsa da, bir müddət susqunluqdan sonra xalq yaradıcılığının bu janrında yeni nümunələrini yaratmaqda davam edir.
Keçək Z.Əlizadənin "Bəylər Qanlı Yanvarda”sərlövhəli yazısındakı nümunələrə.
Müəllif rəvayət üslubunda deyir: "Tofiq müəllim mənə danışdı ki, Etibar Məmmədov və Rəhim Qazıyev "DTK casusu” Sabir Rüstəmxanlının İdarə Heyətinə seçilməsinə etiraz olaraq onun iclaslarında iştirak etməkdən imtina edirlər. Lakin bir neçə gündən sonra "liberal” bəylər xəbər tuturlar ki, bu cütlük dəmir yoluna nəzarət imkanını və radikal cəbhəçi gənclərin onların bəlağətli millətçi çıxışlarına vurğunluğunu əllərində alət edib Vəzirovla hansısa Milli Müdafiə Şurası (MMŞ) yaradılması barədə danışıqlar aparırlar”. Bu fikirlər ağ yalandır. Belə bir hal baş verməyib və E.Məmmədovun da Milli Müdafiə Şurasında iştirakı AXC-nin qərarı ilə olub.
Z.Əlizadənin iddasına görə, "Yanvarın 10-da Ələkrəm Hümmətov Etibar Məmmədovla telefonla müzakirə aparıb ona rayonda hakimiyyəti ələ almaq qərarı qəbul etdiyini bildirdi”. Yalançının yaddaşının olmadığı üçün Zərdüşt bəy də ya bilərəkdən təhrifə yol verir, ya da yaddaşsızlıqdan bu məsələnin gerçək tərəflərini unudub. Unutduğu, yaxud təhrif etdiyi təkcə rayonlarda hakimiyyəti silah gücünə ələ keçirməklə bağlı AXC toplantılarında səsləndirdiyi çağrışlar deyil, həm də digər təxribat xarakterli fəaliyyətləridir.
Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin keçmiş üzvü Etibar Məmmədovun ötən il mətbuata açıqlamasında İdarə Heyətinin başqa keçmiş üzvü Zərdüşt Əlizadənin 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı dediklərinə bildirdiyi münasibəti yerinə düşərdi.
"Etibar Məmmədov hesab edir ki, Zərdüşt Əlizadə tarixi faktları təhrif edib: "Əgər Əlizadə unudubsa, onda mən ona xatırladıram: Sovet qoşunlarına qarşı intifada (silahlı mübarizəyə-red.) birinci çağıran məhz o idi. Əgər onun yaddaşı belə qısadırsa, onda ona başqa bir faktı da xatırladıram: Azərbaycanda qanuni hakimiyyəti ilk dəfə Lənkəranda onun silahdaşı Əlikram Hümbətov devirdi və regionun başçısı oldu, sonra bu ssenari üzrə respublikanın 17 başqa rayonunda da qanuni hakimiyyəti zəbt edildi”.
E.Məmmədov qeyd edib ki, əslində onda AXC seçkilərə hazırlaşırdı, qarşıdurmaya yox. Amma SSRİ-nin və respublikanın rəhbərliyindəki müəyyən güclər bu hərəkatın yolunu dəyişdirə bildilər: "Bunu təsdiq edən sənəd var. 30 dekabr 1989-cu il tarixində Bakıda keçirilən mitinqdəki çıxışımın stenoqramını təqdim edə bilərəm, harada ki, mən aydın şəkildə demişəm: "biz seçkilərə gedirik və bizdə qarşıdurmaya getmək niyyəti yoxdur”. Əlizadə deyir ki, biz gündəlik mitinqlər təşkil edirdik, ancaq o burada da unudur ki, AXC-nin həmin mitinqlərə ümumiyyətlə heç bir aidiyyəti yox idi.
1990-cı ilin yanvarında təxribat təşkil edib, bizim bütün planlarımızı pozdu. Bundan başqa, həmin başqaları kimi radikal fəallar, həmçinin Zərdüşt Əlizadə öz adamları ilə Cəbhənin İdarə Heyətindən getmişdilər. İndi ondan soruşmaq istəyirəm: bir halda ki, o, radikal metodlara qarşı idi, onda Lənkəranda qanuni hakimiyyəti zəbt edən silahdaşı Əlikram Hümbətovu niyə dayandırmadı və hətta bu addımı qınamadı?".
Cızma-qaranın istehza və gülüş doğuran məqamı isə ondan ibarətdir ki, güya o, 1989-cu ilin sentyabrında təklif veribmiş ki, E.Məmmədov mafioz qüvvələrin nümayəndəsi kimi AXC-dən qovulsun. Yaxud da MMŞ barədə AXC İdarə Heyətində baş verən sual-cavablardır. Əvvəla, E.Məmmdədovun AXC və xalq arasında o qədər yüksək reytinqdə idi ki, nəinki Z.Əlizadə, heç kəs belə bir cəsarətdə buluna bilməzdi. Digər tərəfddən E.Məmmədovun istər AXC-də, istərsə də sonrakı dönəmlərdəki fəaliyyəti alnıaçıq və şəffaf olub. "İH üzvləri tərəfindən Etibarı sual atəşinə tutmaları”na gəlincə, Z.Əlizadənin yaradıcılıq təxəyyülünə heyran qalamamaq olmur. Adam 30 dekabr 1989-cu ildə AXC İH-dən istefa verib getdiyini söyləyir, həm də yanvarın 13-də E.Məmmədovun iclasa gələrək sual atəşinə tutulduğundan danışır. Özü də elə bil bunu dünən diktafona səs yazısı yazdıran jurnalist kimi səsləndirir.
Z.Əlizadə həyasızcasına bildirir ki, E.Məmmədov barrikadaları gəzib camaatı möhkəm durmağa çağırırdı. Z.Əlizadə adlı məxluqatın bu qədər rəzilliyi, abırsızlığı, hətta yaramazlığı özünə sığışdırması heyrət doğurur. Adəta, insanlar yaşlaşdıqca, müdrikləşir, kamilləşir, nuraniləşir. Amma Z.Əlizadənin isə daxili çirkinliyi, sımasızlığı və bu kimi sağalmaz eybləri, çarəsiz xəstəlikləri daha qabarıq üzə çıxır. Allah rəhm eləsin, şəfasını versin.
Əli Orucov, AMİP Siyasi Şurasının üzvü