Əflatun Məmmədov
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert
Ziyalı problemi,
Dünyagörüşü uçrumu: “Xarizma…”
Mövzumuz dünyagörüşü fərqliliyi, xarizma qıtlığı və onların doğurduğu ziyalı problemidir. Bu konteksdə ən ağır yük, ünsiyyətdə səviyyə fərqinin daşıdığı yükdür, aradakı uçrumdur. O cümlədən ziyalı və ziyanlı olmağın kontrastı, məğzi və mahiyyətidir.
Xarizmaya gəlincə, xarizmatik olmaq fövqəladə birisi kimi doğulmaq deyil, başqalarına özlərini fövqəladə hiss etdirmə sənətini mənimsəməkdir. Odur ki, uşaqlıqdan bizə ünsiyyətdə zəif olmağın mənfi cəhətləri söylənir və illərlə bu inanc, insanı özünə əsir edəbilir.
Fəqət, vəziyyəti uğurlu nəticəyə aparan yol, “davranışların modelləşdirilməsi” anlayışını öyrənib mənimsəməklədir. Burada təcrübəli və peşəkar insanların uğurlu həyat hekayələri, həyat dərsi özü dərin bir məktəbdir.
Xarizmanı şərtləndirən əsas amillər:
•İradəli olmaq;
•Özünüdərk və mütaliə gücü;
•Sosial narahatlığı balanlaşdırmaq,
özünəinamla özün olmaq;
•Münasibətləri “ğör-ğötür”
deyimi ilə dərinləşdirmək:
mənalı səyahətlər və görgü;
•Pozitivliyin təsir dairəsi;
•İşıqlanmaq - ZİYALI olmaq…
Beləliklə, xarizma, bizim kim olduğumuz deyil, nə etdiklərimizdir. Doğru vərdişləri mənimsəmək, onları real həyatda ziyalı misalı sərgiləməkdir.
Yekun qənaət: xarizma sirli bir istedad deyil, öyrəniləbilən bir bacarıqdır. Bacarıqları vərdişə dönüşdürə bilməkdir.
Epiloq: Xarizma yamsılanmır, o, məqsədyönlü çalışmaların sonucu, əzmin mükafatıdır. Deyildiyi kimi: ”Ya göründüyün kimi olmalı, ya olduğun kimi görünməli.”
Millət