"Azadlıq" radiosunun Bakı ofisi möhürləndi

Baş Prokurorluğun əməkdaşları AzadlıqRadiosu-nun Bakı bürosunda axtarışa başlayıblar. Ofisin telefonları və interneti söndürülüb. İşçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.Radionun ofisində axtarış davam edir...

AzadlıqRadiosu hadisələri izləyərək canlı bloqu daim yeniləyir. Ən yenixəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

Prokurorluq işçiləri AzadlıqRadiosunun Bakıdakı ofisində axtarış işlərini başa vurub ofisin qapısını möhürləyirlər. Müstəntiq Sənan Paşayev möhürlənmə qərarını, aktın sürətini radionun təmsilçilərinə verməkdən imtina edir. Vəkil Yalçın İmanov bildirir ki, müstəntiq mühafizə üçün polis əməkdaşlarını çağırıb. Yəqin ki, qapılar möhürləndikdən sonra polisə təhvil veriləcək.

Müstəntiq yalnız onu bildirib ki, ola bilsin növbəti istintaq hərəkətləri üçün ofisə baş çəkəcəklər.

Prokurorluğun əməkdaşları AzadlıqRadiosunun Bakıdakı ofisini möhürləyərək polisə təhvil veriblər.

QEYD:
BAKIDAKI OFİSİN MÖHÜRLƏNMƏSİ AZADLIQRADİOSUNUN AZƏRBAYCAN DİLİNDƏ RADİO VƏ TELEVİZİYA VERİLİŞLƏRİNİN, ELƏCƏ DƏ İNTERNET SAYTININ FƏALİYYƏTİNDƏ HƏR DƏYİŞİKLİK YARATMIR. BİZİ ƏVVƏLKİ İNTERNET ÜNVANINDA VƏ TEZLİKLƏRDƏ İZLƏMƏK MÜMKÜNDÜR.