Əli Orucov: "Azərbaycan bütün mümkün hüquqi vasitələri işə salmaqla separatçı "DQR"in Avrasiya İqtisadi İttifaqının imkanlarından..."
"Ermənistanın buna əməl edəcəyinə şübhə ilə yanaşıram"
Məlum olduğu kimi, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü, demək olar ki, tamamilə rəsmiləşib. Yəni bununla bağlı prosedurların əksəriyyəti icra olunub. Noyabrın 14-də Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin Aİİ-yə qoşulması barədə müqaviləni konstitusiyaya uyğun sayan qərar qəbul edib.
Sənəd ölkə parlamentinə göndərilib. Parlament komissiyalarında baxılandan sonra dekabrın əvvəllərində sənədlərin plenar iclasda müzakirə olunacağı gözlənir.
Qeyd edək ki, Ermənistanın sözügedən ittifaqa qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir. Digər tərəfdən, Rusiya hökumətinin qanunvericilik fəaliyyəti üzrə komissiyası Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləyə xeyir-dua verib.
O da məlumdur ki, Aİİ fəaliyyətə başlayandan sonra Dağlıq Qarabağdaki separatçı rejim də qurumun imkanlarından faydalanmağa çalışacaq. Baxmayaraq ki, Ermənistan quruma Dağlıq Qarabağsız üzv olub. Bu üzdən Ermənistan və Dağlıq Qarabağ arasında gömrük keçid məntəqəsi olmalıdır.
Bu ilin yayında Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan mətbuata açıqlamasında bildirmişdi ki, Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi olmayacaq. Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağsız qəbulunun rəsmi İrəvanı narahat edib-etməməsinə gəldikdə isə, K.Çşmarityan heç nəyin dəyişmədiyini və bundan sonra da separatçı "DQR"də istehsal olunan məhsulların MDB, Avropa və dünyanın digər ölkələrində sərbəst satılacağını bildirmişdi.
Halbuki, bu cür yanaşma Aİİ-nin nizamnaməsinə ziddir. Çünki Ermənistan gömrük məntəqəsinin yaradılması barədə öhdəlik götürmüşdü. Bu istiqamətində Azərbaycan hansı tədbirlər görə bilər?
Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovun fikrincə, bu istiqamətdə Azərbaycan ancaq beynəlxalq hüquq müstəvisində səylərini artırmalıdır: "Necə ki, ölkə prezidenti İlham Əliyevin məktubu əsasında Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəzi məsələləri Serj Sarkisyana xatırlatdı. Nazarbayevin Ermənistanın hansı sərhədlər daxilində Aİİ-yə qoşulacağı sualını verməsi işğalçı ölkədə müəyyən şok yaratdı.
Xüsusən də S.Sarkisyanda... O baxımdan hesab edirəm ki, Azərbaycan bütün mümkün hüquqi vasitələri işə salmaqla separatçı "DQR"-in Aİİ-nin imkanlarından istifadəsinin qarşısını almağa çalışmalıdır.
Məsələ, başda Birləşmiş Millətlər Təşkilatı olmaqla, digər beynəlxalq qurumlar səviyyəsində qaldırılmalıdır.
Bunun hüquqi mexanizmi tapılmalıdır. Hərçənd, Ermənistanın buna əməl edəcəyinə şübhə ilə yanaşıram. Ola bilsin ki, formal olaraq Ermənistanla separatçı qurum arasında gömrük məntəqəsi yaradılsın, amma bunun işləyəcəyi inandırıcı deyil.
Çünki buna hansısa beynəlxalq birlik səviyyəsində nəzarət imkanı yoxdur. Ona görə də indidən bununla bağlı məsələlər beynəlxalq səviyyədə qaldırılmalıdır"./Bakı Xəbər/
Vidadi ORDAHALLI