Əli Orucov: "Sanki həmsədrlərdə bir arxayınlıq yaranıb ki, atəşkəs nə qədər çox pozulsa da, bu, cəbhə bölgəsində..."
"Bunun başlıca səbəbi Azərbaycana münasibətdə sərgilənən ikili standartlardır"
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir. 12 noyabrda Ağdam səmasında vurulan helikopterin şokunu yaşayan işğalçı ölkə məqam düşən kimi Azərbaycandan heyfini çıxmağa, bununla həm də erməni cəmiyyətini sakitləşdirməyə və Qarabağdakı erməni əhalisinin təşvişini azaltmağa çalışır.
Təsadüfi deyil ki, son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 57 dəfə pozulub. Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstərib. Silahlı qüvvələrimizin sayıqlığı və görülən qabaqlayıcı tədbirlər nəticəsində çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib. Müşahidələr göstərir ki, cəbhə bölgəsində erməni helekopterinin vurulmasından sonra gərginlik səngimir. O vaxtdan üzübəri düşmən tərəfi orta hesabla sutka ərzində 60 dəfə atəşkəsi pozur. Ermənistan silahlı qüvvələrinin son kəşfiyyat-diversiya cəhdi bir daha göstərdi ki, müharibə hər an başlaya bilər.
Ekspertlər də indiki situasiyada müharibə ehtimalını istisna etmir. Politoloq Vəfa Quluzadə mətbuata açıqlamasında müharibə ola biləcəyinə açıq eyham vurub: "Ermənistan ordusunda baş verən son hadisələr Dağlıq Qarabağda müharibənin hələ tam başa çatmadığının sübutudur. Məsələ ondan ibarətdir ki, biz Ermənistanla müharibə vəziyyətindəyik. Münaqişə hələ bitməyib. Azərbaycan ermənilərlə hər an müharibəyə hazır olmalıdır. Hər an müharibə ola bilər. Hazırkı status-kvo ilə barışa bilmərik".
Diqqətçəkən məqam odur ki, gərginliyin artması fonunda ATƏT-in Minsk Qrupu o qədər də narahat deyil. Həmişə olduğu kimi, formal xarakterli bəyanatlarla işlərini bitmiş hesab edirlər. Maraqlıdır, belə gərgin situasiyada qurum növbəti sülh danışıqları təşəbbüsü ilə niyə çıxış etmir?
Məsələyə münasibət bildirən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov bunu ATƏT-in Minsk Qrupunun arxayınlığı ilə əlaqələndirdi: "Həqiqətən də ATƏT-in Mins Qrupunun cəbhə bölgəsində cərəyan edən hadisələrlə bağlı sərgilədiyi mövqe utancvericidir. Sanki həmsədrlərdə bir arxayınlıq yaranıb ki, atəşkəs nə qədər çox pozulsa da, bu, cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxarmayacaq. Hesab edirlər ki, Ermənistanın ağır iqtisadi durumu növbəti müharibəni qarşılamaq gücündə deyil. Sadəcə, ölkədəki ağır sosial-iqtisadi durumdan ictimaiyyətin diqqətini yayındırmaq üçün Serj Sarkisyan cəbhə bölgəsində vəziyyəti dramatikləşdirir. Belə arxayınlığın heç bir ciddi əsası yoxdur. Ancaq nəzərə almırlar ki, Azərbaycan daim bu vəziyyətlə barışmaq niyyətində deyil. İşğala məruz qalan ölkə olduğu üçün, hər an torpaqlarını güc yolu ilə azad edə bilər. Həmsədrlərin belə passiv mövqedən çıxış etməsinin başlıca səbəbi Azərbaycana münasibətdə özünü göstərən ikili standartlardır ki, illərdir biz bunu müşahidə edirik"./Bakı Xəbər/
Vidadi ORDAHALLI