"Biz parlament seçkiilərində blok şəklində iştirakı nəzərdə tuturuq"

AMİP sədri Yusif Bağırzadənin Moderator.az-a verdiyi müsahibəni təqdim edirik:

-Yüsif bəy, bələdiyyə seçkilərinə az vaxt qalmasına baxamyaraq, ölkənin ictimai-siyasi həyatında və xüsusən də siyasi həyatında bir passivlik hökm sürür.

- Siz düz buyurdunuz ki, seçilərə ay ayrımdan vaxt qalsa da ölkənin ictimai-siyasi həyatında bir passıvlik hökm sürməkdədir. Sanki qarşıdan bələdiyyə seçkiləri gəlmir. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Birincisi, cəmiyyətin bir toplum olaraq seçkiyə olan inamının azalması, ikinsisi, bələdiyyələrin statusunun olmaması, bələdiyyə institutunun yerli idarəetmə orqan kimi özünü doğrultmaması və bunun nəticəsində siyasi partiyaların bu seçkilərərə elə də ciddi maraq göstərməməsi ilə bağlıdır. Ancaq biz AMİP bütün bunlara baxmayaraq bu seçikiyə ciddi hazırlaşırıq və artıq partiya üzvləri namzidədliklərini irəli sürürlər və bu proses hələ davam edir. Hədəfimz odur ki, seçkidə daha çox namizədlə çıxış edib daha çox yer əldə edək. Bildiyiniz kimi bu seçkilərdən qısa müddət sonra ölkədə parlament seçkiləri keçiriləcək və bu baxımdan bu seçkidə iştirak bizim üçün ciddi önəm daşıyır. Bu seçki növbəti parlament seçkisi üçün bir baş məşq olacaq. Çünki bu seçkidə uğur əldə edə bilməyən siyasi təşkilatın parlament seçkilərindəki uğurundan danışmaq bir az çətindir. Bu seçki elə bi spesfik xarakterə malikdir ki, siyasi partiyalar bu seçilərdə iştirak etməklə əhali və seçici ilə daha sıx təmasda olmaqla öz platformasını cəmiyyətə daha rahat çatdıra bilər və biz də bir partiya olaraq bu imkandan və fürsətdən yaralanıb, öz mövqeyimizi və ölkənin gələcəyi ilə bağlı düşüncəmizi cəmiyyətə çatdıracağıq.
Digər tərəfdən ona da ümid etmək istəyirəm ki, hakimiyyət də yaxın gələcəkdə bələdiyyə institutunun statusunun qaldırılması və cəmiyyətə işlək bir instituta çevrilməsi istiqamətində ciddi addımlar atacaq.

-Bir çox partiyalar isə bələdiyyə seçkilərinə deyil, parlament seçkilərinə üstünlük verir. Sizin bu yanaşmaya mövqeyinz necədir?

- Biz hesab edirik ki, siyasi partiya fəaliyyət göstərirsə, o bütün seçkilərdə iştirak etməlidir. Xüsusən də birbaşa seçici ilə daha rahat ünsiyyət yaradılmasına imkan verən bələdiyyə seçkilərində. Bu seçkidə hansı partiya daha çox rəğbət qazanacaqsa o partiya da parlament seçkilərində daha çox uğur əldə etmək imkanı əldə edə biləcək. İlk olaraq onu demək istərdim ki, seçkilərdə iştirak hər bir partiyanın öz daxili işidir və bu barədə hansısa partiyaya digər partiyanın irad tutması düzgün olmazdı. Amma bununla belə hesab edirəm ki, bələdiyyə seçkilərindən iştirakdan imtina etmək düzgün fikir deyil.

-Bəzən belə bir fikir səslənir ki, bu partiyalar seçkiyə hazır olmadığı üçün getmirlər. Siz necə düşünürsünüz?

-Bəzi partiyaların seçkiyə hazır olmaması fikri ilə müəyyən mənada razılaşıram. Bəzi siyasi partiyalar seçkilərə şou kimi baxırlar və onlar hesab edir ki, bələdiyyə seçkilərində belə bir şounu rellaşdıra bilməyəcəklərindən bələdiyyə seçkilərində iştirak etmirlər. Burada belədir ki, gücün varsa iştirak et və qazan. Yoxsa, seçkinin nəticələrini indidən kölgə altına almaq düzgün yanaşma deyil.

-AMİP olaraq son dövrlərdə müxalifətin inteqrasiya proseslərində iştirak etməmənizlə bağlı müəyyən fikirlər səslənir. Bu passivliyin səbəbi nədir?

-Mən elə düşünmürəm. Sadəcə platforması, taktikası və strategiyası bəlli olmayan birliklrədə iştirak etmirik. Əgər bu birlyinin perspektivini görmürəmsə orada iştirakın nə mənası? Belə birliklər çox yaranır və bir müddət keçməmiş başlayır bir-birini qarşılıqlı ittiham etməyə. Bizə təkliflər olur. Amma biz bu təklifləri dəyərləndiririk və öz mövqeyimiz bildidiririk. Qaldı ki, müxalifət birliklərində iştiraka biz hazırda Demokratik Qüvvələr Birliyi deyilən bir qurumda bir sıra müxalifət partiyaları ilə əməkdaşlıq edirik. Düzdür, bələdiyyə seçkiləri ilə bağlı olaraq müəyən bir passivlik hiss olunur. Sadəcə bələdiyyə seçkilərində namizədlərin irəli sürülmə prosesi başa çatdıqdan sonra toplantılar yenidən keçiriləcək və gələck əməkdaşlıq məsələləri müzakirə olunacaq.

- Bəs parlament seçkilərində AMİP-in hansı formada iştirakı planlaşdırılır?Ayrıca, yoxa blok şəklində?

-Biz parlament seçkiilərində blok şəklində iştirakı nəzərdə tuturuq. Artıq KXCP, ALP və Azad Demokratlar Partiyası ilə belə bir danışıq aparılıb. Əgər alınarsa biz "Avropaya seçim” bloku ilə parlament seçkilərinə getmək istəyirik. Çünki bələdiyyə seçkilərindən fərqli olaraq parlament seçkilərində siyasi partiyaalrın blok şəklində iştirakı daha məqbul və məqsədəuyğundur. Parlament seçkilərində blok şəklində iştirak edib, daha güclü və layiqli namizədləri irəli sürüb qalib gəlməsi baxımından bu məqbul variantdır.

-Bəzən belə bir təklif səslənir ki, proporsional seçki sistemi yenidən bərpa olunsun. Sizin bu məsələyə mövqeyiniz?

-AMİP hələ bir neçə il bundan öncə belə bir təkliflə çıxış edib və qanunvericilik paketi hazırlayaraq parlamentə təqdim edib. Biz Azərbaycanda həm proprosional, həm də mojaritar sistemin tətbiqinin tərəfdarıyıq. Hesab edirəm ki, proporsional seçki sisteminin tətəbiqi həm də ölkədə siyasi partiya institutnun da canlanmasına təkan verərdi.