"Azərbaycan Ordusu həmişə ayıq-sayıqliğını belə saxlamalıdır və düşmənin bütün təxribatlarına bu cür sərt cavab verilməlidir”.
Bu
fikirləri AMİP Mərkəzi Şura üzvü Əli Orucov Qarabağ səmasında
erməni helikoperinin vurulmasına münasibət bildirərkən deyib: "Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşəbbüslərin artığı
bir vaxtda, Ermənistanın açıq-aşkar törətdiyi təxirbat onu göstərir ki,
bu işğalçı dövlət hər vəchlə sülh prosesini pozmağa çalışır. Eyni
zamanda regionda sabitliyə, təhlükəsizliyə, davamlı inkişafa maraqlı
deyil.
Hesab edirəm ki, Azərbaycan
Ermənistanın pozuculuq hərəkərlərinin üzərinə davamlı gedilməli,
sərhədlərimizə hörmətsiz yanaşalar layiqli cavablarını bundan sonra da
almalı və məhv edilməlidir. İşğalçı və terrorçu Ermənistan və onun
havadarlarına adekvat cavab verilməlidir. Necə ki, verilir.”