Ermənistan parlamentinin müxalif deputatı Nikol Paşinyan avqustun 12-dən 15-nə qədər bir qrup deputatla təmas xəttinə baş çəkib və gördüklərinə əsasən məqalə yazıb. Erməni deputatın məqaləsində deyilir ki, cəbhədə "dramatik dəyişikliklər" baş verib. Xüsusən Ağdam istiqamətində texniki kəşfiyyat sistemi gücləndirilib ki, bu da təmas xəttinin qarşı tərəfində Azərbaycan ordusunun texnikasının hərəkətini izləməyə imkan verir.
Növbəti "dəhşətli yenilik" isə Paşinyanın yazdığına görə, təmas xətti ilə radio və kabel rabitəsinin yaradılmasıdır. Məlumat üçün qeyd edək ki, aprel döyüşləri zamanı ermənilərin elementar rabitə vasitələri ilə təchiz olunmadığı, komandirlərin əsgərlərlə və bir-birilə mobil telefonla əlaqə saxladığı üzə çıxmışdı.
"Əsas yenilik odur ki, yeni rabitə sistemi ordu komandanlığına təmas xəttindəki yüzlərlə postla qapalı rejimdə operativ əlaqə saxlamağa imkan verir, düşmən bu danışıqları dinləmir. Bundan əlavə, sistem bütün vizual informasiyanı ali baş komandana və Baş Qərargaha online rejimdə çatdırır" - Paşinyan yazır.
Daha bir yenilik isə, demək olar ki, bütün postların gecə görmə cihazları və optik nişangahlı silahlarla təchiz edilməsidir.
Paşinyan daha sonra etiraf edib ki, "4 günlük müharibə"də ermənilər 15 mövqe itirib, ona görə də yeni mövqelər tikmək və 56 kilometr yeni yol çəkmək lazım gəlib. Onun sözlərinə görə, indiyədək bu tədbirlərin görülməməsinin səbəbi Ermənistan Müdafiə Nazirliyində hökm sürən korrupsiya olub.
Bütün hallarda, erməni deputatın dedikləri nə dərəcədə reallığa uyğundur?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Paşinyanın açıqlamaları daha çox təbliğat xarakterlidir: "Zatən, bu, ermənilərə xas olan taktikadır. Onlar hər zaman nəyisə şişirdir. Erməni deputatın məlum açıqlaması da bunun tərkib hissəsidir. Düzdür, ermənilər aprel döyüşlərində üzləşdikləri məğlubiyyətlə əlaqədar bir sıra tədbirlər görüb. Buna görə bir sıra yüksək rütbəli hərbçilər işdən azad edilib. Həbs edilənlər də oldu. Məlum oldu ki, erməni mövqeləri bərbad vəziyyətdədir. Elementar gecəgörmə cihazları və digər vacib avadanlıqlar yoxdur. Bu və ya digər dərəcədə ermənilər bu problemləri həll etsələr də, ordudakı vacib problemlərin həllindən söhbət gedə bilməz. O da ondan ibarətdir ki, Ermənistan ordusunda böyük mənəvi boşluq var. Aprel döyüşlərindən sonra əsgər analarının etirazları bunu bir daha göstərdi. Ermənilərin postlarda yerləşdirmək üçün yetərincə əsgəri yoxdur. Hətta bir sıra hallarda mülki insanları bu işə cəlb edirlər. Ermənistan ordusunda ciddi "dedovşina" halları var. Baxmayaraq ki, qarşı tərəf müxtəlif vasitələrlə bunu gizlətməyə çalışır. O baxımdan erməni deputatın dedikləri daha çox təbliğat məqsədi daşıyır".
Vidadi ORDAHALLI