Əli Orucov: "Hakimiyyət Azərbaycanda əhalinin siyasiləşməsindən, partiyaların güclənməsindən qorxduğu üçün proporsional seçki sistemini bərpa etmək istəmir”
Məlum olduğu kimi, dünyada proporsional, mojaritar, qarışıq və digər bir sıra seçki sistemləri mövcuddur. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisə seçkilər qarışıq-mojaritar və proporsional seçki sistemləri üzrə keçirilib. 2002-ci ildə referendum vasitəsi ilə Konstitusiyada dəyişiklik edilib və proporsional seçki sistemi tam ləğv olunaraq mojaritar sistemə keçilib.
Yeni Azərbaycan Partiyası hesab edir ki, ölkə reallığı üçün ən yaxşı variant mojaritar seçki sistemidir. Belə ki, hakim partiya əsas kimi mojaritarın tətbiqindən sonra hökumətin effektiv işləməsini, ölkə iqtisadiyyatının güclənməsini göstərir. Eyni zamanda, hakim dairə öz gücünü ortaya qoymaq, seçicilərlə birbaşa təmas qurmaq, deputatların konkret seçki dairələrinin ərazisində yaşayan seçicilər qarşısında cavabdehlik daşımaları baxımından majoritar sistemi məqbul bilir. Müxalifətçilər isə, əksinə, düşünürlər ki, Azərbaycanın demokratik inkişafını təmin etmək, partiyaları gücləndirmək üçün proporsional seçki sistemi bərpa olunmalıdır.
Xatırladaq ki, müxalifət zaman-zaman proporsional sistemin bərpasının vacibliyini gündəmə gətirib, bu istiqamətdə səylərini davam etdirib. Lakin məsələ həllini tapmayıb. Bir müddət əvvəl 15-ə yaxın müxalifət partiyası toplaşaraq, proporsional sistemin bərpasını, bunun üçün referendum keçirilməsi təşəbbüsünü yenidən gündəmə gətirdi. Hakimiyyətə müraciət qəbul edən müxalif siyasi təşkilatlar proporsional seçki sisteminin bərpası üçün hətta imza toplamaq kampaniyasına başlamaq niyyətində olduğunu bildirdi.
İqtidarın mojaritar seçki sestemi haqqında gətirdiyi arqumentlərin real olmadığını düşünən Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü, politoloq Əli Orucov fikrini əsaslandırmağa çalışdı:
"Əvvəla qeyd edim ki, Azərbaycanın siyasi sistemi parlament tipli olmadığından Kabineti də parlament formalaşdırmır. Nazirlər Kabineti (NK) prezidentin yaratdığı icra strukturudur və dövlət başçısının qarşısında hesabatlıdır. Yəni Nazirlər Kabinetinin parlament qarşısında hesabatlığı formal xarakter daşıyır. NK-nın iclaslarına da prezident sədrlik edir. Güya ölkədə, yaxud da ölkə iqtisadiyyatında Artur Rəsizadə nəyi həll edir? Sorğu aparsanız, ölkə vətəndaşları heç elə baş naziri tanımayacaq. Seçicilərlə təmasa gəlincə, hansı millət vəkilini seçici seçib ki, onunla da təması olsun? Seçicilər dairələrindən hansı deputatın mandat aldığından belə xəbərsizdir. Deputatların da heç biri indiyədək xalqın və seçicilərin maraqlarına xidmət etməyib. Vətəndaşlar əliçıraqlı axtarsalar da deputatlarını tapa bilmirlər. Əslində, hakimiyyət proporsional sistemin bərpasını başqa səbəblərdən istəmir. Necə olur ki, bu sistem ən yüksək inkişaf etmiş ölkələrdə inkişafa, tərəqiyyə xidmət edir, Azərbaycanda isə, əksinə? Məsələnin kökü ondadır kı, proporsional seçki sistemində partiyadaxili rəqbət yaranır, xalq seçici fərdlərlə partiyaların vəhdətini seçir. Siyasi təşkilatlara maraq göstərənlər çoxalır, bu qurumlar güclənirlər.
Hakimiyyət isə Azərbaycanda əhalinin də siyasiləşməsindən, partiyaların da güclənməsindən qorxduğu üçün proporsional seçki sistemini bərpa etmək istəmir. Təkmandatlı dairələrdə hansısa deputata mandat vermək, onu öz maraqlarına uyğun işlətmək asandır. Necə ki, indi bunu edirlər. Amma çoxmandatlı dairələrdən olan deputatın həm də təmsil etdiyi partiyanın maraqaları və üzvləri qarşısında hesabatlılığı, qınğaı, təzyiqi durur. Ona görə də hakimiyyət idarə olunan idarəçiliyə üstünlük verir”.
Ə.Orucov proporsional seçki sisteminin ləğv edilməsinə ilk etirazın məhz AMİP-dən gəldiyini, bu addımın verəcəyi fəsadların əvvəlcədən məlum olduğunu söylədi:
"Gözlənilənlərin hamısı da baş verdi. Dəfələrlə qarışıq seçki sisteminin bərpası məsələsini, hətta parlamentin hazırkı tərkibinin də yetərli olmadığını, bunun 150 nəfərədək çoxaldılması təklifini irəli sürmüşük. İndi iqtidar mənsubları deyir ki, mojaritar qaydada seçilən deputat seçicisi ilə daha yaxşı işləyir. Bir dairədəki seçicilərin sayı 40-47 min arasında dəyişir. Bu rəqəm ancaq səsvermə hüququ olan 18 yaşından yuxarı vətəndaşların daxil olmadığı rəqəmdir. Yaxşı bir deputat 47 min nəfərlə necə işləyə bilər, onların problemləri ilə necə məşğul ola bilər?! Yaxud, parlamentdə necə təmsil edə bilər? İkinci bir tərəfdən, əhalisinin və ərazisinin bizdən qat-qat az olduğu Ermənistanda bu say 131, Gürcüstanda isə 150 nəfərdir. Hər iki Cənubi Qafqaz ölkəsində deputatların demək olar ki, yarısı proporsional qaydada seçilir”.
Politoloqun qənaətincə, əgər siyasi iradə, istək olsa, Azərbaycanda proporsional seçki sisteminin bərpası üçün referenduma gedilməsi mümkün olan məsələdir. /islaminsesi.org/