Özümüzü aldatmayaq

 Rauf Mirq'dirov


İki gün əvvəl Media Aqentliyinin rəhbərliyi nəhayət ki həmkarlarımızı "Media haqqında" Qanun layihəsinin müzakirəsinə dəvət etdi. Mən bu başıbəlalı qanun layihəsinin dövlət orqanları ilə birgə müzakirəsinin əleyhinə deyiləm. Əksinə. Ultimatumlarla danışmaq əvəzinə bütün məsələlərin masa arxasında oturub müzakirə edilməsinin tərəfdarıyam. Yalnız bu yolla bütün maraqları nəzərə alan konsensusa nail olmaq olar. Bu isə o deməkdir ki, yalnız ciddi nəticələr əldə edilməsinə yönəlmiş müzakirələr istədiyimizə nail olmağa  imkan verə bilər. 


Təəssüflər olsun ki, başlanılan müzakirələr istədiyimiz ciddi nəticəni verə bilməz. Çünkü qanun layihəsinə həddindən artıq ciddi və konseptual dəyişikliklər edilməlidir. Buna isə mövcud qanunvericilik  imkan vermir. Məsələ  ondan ibarətdir ki, qanun layihəsi ikinci oxunuşda artıq qəbul olunub. Bu isə deməkdir ki, üçüncü oxunuşda qanun layihəsi bütövlükdə səsə qoyulacaq. Ona görə də üçüncü oxunuşda qanuna yalnız mahiyyətcə texniki xarakter daşıyan kosmetik dəyişikliklər edilə bilər. Məsələn, har hansısa terminin əlavə izahı verilə bilər. Yalnız bu qədər. Heç bir maddə qanundan çıxarıla bilmız. Heç bir maddənin məzmunu və mahiyyəti dəyişdirilə bilməz. Müzakirələrdə iştirak edən həmkarlarımızın isə qanun layihəsində hətta mövcud Konstitusiyaya belə zidd maddələrin olduğunda həmrəydirlər. Amma mövcud qanunvericilik üçüncü oxunuşda nə həmin maddələrə ciddi dəyişiliklər edilməsinə, hə də onların qanun layihəsindən çıxarılmasına yol vermir.  Ona görə də əslində aparılan müzakirələrin heç bir mənası yoxdur...


Qanun layihəsinə konseptual, köklü dəyişikliklərin  edilməsinin bir neçə yolu var. Birincisi, qanun layihəsi üçüncü oxunuşda parlament tərəfindən rədd edilir və təkrar işlənilmək üçün müvafiq komisiyara qaytarılır. Bu ən asan və səmərəli yoldur. 


İİkicisi, qanunun parlament tərəfindən qəbulundan sonra prezident öz veto hüququndan istifadə edir. Bu varianntı gerçəkləşdirmək üçün danışıqları Media Aqenrliyinin çinovnikləri və parlament üzvləri deyil, preident adminisrtasiyası ilə aparmaq lazımdır. 


Üçüncüsü, qanun qabiul olunur, prezident tərəfindən imzalanir və qüvvəyə minir. Bundan sonra qanuna əlavə və dəyişikliklər edilməsi kimi uzunmüddətli bir proses başlayır. Düşünürəm ki, Media aqentliyi həmkarlarımızı hazırkı mərhələdə  kosmetik dəyişikliklərlə kifayətlənməyə və bu üçüncü yola razılaşmağa sürükləməyə çalışır.  O vaxta qədər isə, necə deyərlər, ya xan ölər, ya eşşək...


Bu isə özümüzü aldatmaqdan başqa bir şey deyil...