"Bizim üçün sevindirici olmasa da, artıq demək olar ki, Müsavatda əmələ gələn dərin çatın son akkordu parçalanmadır"
Müsavat Partiyasının qurultayının nəticələrindən və rəhbərliyin siyasətindən narazı üzvlərin yaratdığı İşçi Qrupunun növbəti toplantısı keçirilib.
Qrupun üzvü, Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslının verdiyi məlumata görə, toplantıda fraksiyanın yaradılması və növbədənkənar qurultayın çağırılması məqsədilə təşəbbüs qruplarının yaradılması haqqında qərar qəbul edilib: "Növbədənkənar qurultayın çağırılması üçün təşəbbüs qrupuna Qubad İbadoğlu, fraksiyanin yaradılması üçün təşəbbüs qrupuna isə mən rəhbərlik edəcəm. Ancaq bu təşəbbüs qrupları ayrı-ayrılıqda deyil, bir-birilə əlaqəli şəkildə fəaliyyət göstərəcək".
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə açıqlamasında növbədənkənar qurultayın çağırılması üçün yaradılan təşəbbüs qrupunu "şəxsi istəklərin həyata keçirilməsi istiqamətində atılan addım" adlandırıb.
G.Aslanlı bildirib ki, növbədənkənar qurultayın keçirilməsi partiyanın Nizamnaməsinə əsasən, bütün hallarda, Məclisin səlahiyyətindədir. Onun sözlərinə görə, belə təşəbbüs qrupunun yaradılması Müsavat Partiyasının fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır: "Bütün hallarda, Müsavat Partiyasının sonuncu qurultayı demokratik və şəffaf şəkildə keçirilib. Qurultayın nəticələrini seçki komissiyasının bütün üzvləri tanıyıb və lehinə səs verib.
Əgər kimlərsə belə olan təqdirdə növbədənkənar qurultayın keçirilməsini israr edirsə, bu, şəxsi istəklərin həyata keçirilməsinə xidmət edir. Düşünürəm ki, bu istiqamətdə yaradılan təşəbbüs qrupu da Müsavatçılıq ideyasına xidmət etmir".
Göründüyü kimi, partiyada bir-birinə qarşı olan tərəflərin hər biri haqlı olduğunu iddia edir. Bəs hüquqi baxımdan necə, Arif Hacılıdan narazı olan tərəf qurultay çağıra bilərmi?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, Müsavatın daxilində gedən proseslər öz orbitindən çıxıb. Müsahibimizin sözlərinə görə, partiyanın daxilində bunu əngəlləyə biləcək bir qüvvə də yoxdur: "Azərbaycandakı partiyaların taleyində belə parçalanmalar çox olub.
Müsavatda da eyni ssenari təkrarlanır. Qurultayın keçirilməsi bəhanədir. Əslində, bu, partiyanın kimə qalacağı uğrunda bir savaşdır. Növbədənkənar qurultayın keçirilməsi partiyanın nizamnaməsilə tənzimlənir. Bir anlıq zənn edək ki, bu baş tutur. Nə dəyişəcək? Belə olsa, Arif Hacılının tərəfdarları narazı qalacaq.
Bu narazılıq dalğasının qarşısı əvvəlcədən alınmalı idi. Artıq gecdir. Tərəfləri qane edə biləcək kompromis variant artıq qalmayıb. Mən müsahibəmdə də bildirmişəm ki, Müsavatı parçalanmadan hakimiyyətin özü xilas edə bilər.
Ehtiyat variant üçün, müxalifətdaxili ziddiyyətlərin həllində istifadə etmək üçün hakimiyyət bunu edə bilər. Ancaq düşünmürəm ki, bu, hakimiyyətə lazımdır. Bizim üçün sevindirici olmasa da, artıq demək olar ki, Müsavatda əmələ gələn dərin çatın son akkordu parçalanmadır. Bunu həll edə biləcək resepti mən görmürəm"./Bakı Xəbər/