"Parlamentdə boşalan yerlərə seçkilərin keçirilməsi vacibdir"

"Hesab edirəm ki, parlamentdə boşalan yerlərə seçkilərin keçirilməsi vacibdir. Bu həmin dairə seçki komissiyalarının ərazisində yaşayan seçicilərin hüquqlarının pozulması və qanunvericilik orqanda təmsilçilikdən kənar saxlanılması anlamını verir". Bu fikirləri Milli Məclisin boşalan yerlərə seçkilərin keçirilməməsi ilə bağlı AMİP Mərkəzi Şuranın üzvü, politoloq Əli Orucova "Reytinq" qəzetinin verdiyi sualına cavabında səsləndirib.

Əli Orucov bildirib: ""Konstitusiyada da yazılıb ki, xalq dövlətin idarə edilməsindən kənar saxlanıla bilməz və hakimiyyətin mənbəyidir. Xalq da dövlətin və hakimiyyətin idarə edilməsində birbaşa yox, seçdiyi təmsilçilər və nümayəndələr vasitəsi ilə iştirak edir

Bu baxımdan da parlamentin tərkibi tam formalaşdırılmalıdır. Onsuz da Azərbaycan Milli Məclis üzvlərinin sayı qonşu Cənubu Qafqaz ölkələrinkindən də azdır. Əhalisnin sayı 4 milyona çatmayan Ermənistanda deputatların sayı 131 nəfərdir, 9 milyondan çox olan Azərbaycanda bu rəqəm 125-dir.

Məncə, Bələdiyyə seçkiləri zamanı əlavə məsrəflər etmədən boşalmış seçki dairələrindən həm də millət vəkillərinin seçilməsi məqbul olardı".