Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ATƏT-in Minsk Qrupundakı həmsədri Stefan Viskonti ilə görüşüb. örüşdə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin intensivləşdirilməsi və mövcud vəziyyətin dəyişdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Nazir Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcəyini bildirib.
Nazir substantiv danışıqlar yolu deyəndə hansı prosesi nəzərdə tutur?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, Azərbaycan tərəfi bu termindən çox istifadə edir: "Mahiyyət etibarilə deyilən proses özündə bir sıra mərhələni ehtiva edir. Əvvəlcə münaqişənin həllinə dair hərtərəfli siyasi prosesin tərkib hissəsi kimi qəbuledilməz və qeyri-davamlı olan "status-kvo" dəyişdirilməli və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Ermənistan atəşkəs istəyirsə, atəşkəsin pozulmasının səbəbi olan işğal faktına və Ermənistan qoşunlarının Azərbaycan ərazilərində qanunsuz mövcudluğuna son qoyulmalıdır. Münaqişənin həllinin əsasları artıq çoxdan məlumdur. Ermənistan öz xalqını sülhə hazırlamalı və münaqişənin həlli prosesi barədə düzgün məlumatlandırmalıdır. İrəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və hərbi işğal faktına son qoyulmalıdır. Nazir danışıqlar nəticəsində əldə olunacaq razılaşmadan sonra digər istiqamətlər üzrə müzakirələrin aparılmasını nəzərdə tutur. Bu, konkret nəticələrə söykənən mərhələli danışıqlar prosesidir".