6.558 Türkiyə vətəndaşı Azərbaycanda səs verəcəklər

31 May 2015 tarixində Azərbaycanda fəaliyyət göstərən Türkiyə vətəndaşlari Türkiyə Səfirliyi, Gəncə və Naxçıvan Konsolluqları başda olmaqla Bakı saatı ilə 10.00–19.00 radələrinə qədər Türkiyə Böyük Millət Məclisinə millətvəkilləri seçimləri üçün səs verəcəklər.

Azərbaycanda Türkiyə vətəndaşlarına aid seçici sayı 6.558 nəfərdir.

Seçicilərin 5.916 nəfəri Türkiyənin Bakı Böyükelçiliyində, 340 nəfəri Gəncə Konsolluğunda, 302 nəfəri isə Naxçıvan konsollugunda qeydiyyatdadirlar.

Türkiyənin Bakı Böyükelçiliyində 5 səs vermə sandığı , Gence ve Naxçıvan Baş konsolluqlarında 1 səs vermə sandığı seçicilərin ixtiyarına veriləcək.

Seçicilər, olduqlari xarici ölkədə səs vermədə iştirak etmədikləri halda, 08 May- 08 Iyun 2015 tarixləri arasında www.ysk.gov.tr adresine daxil olmaqla elan edilmiş sərhəd gömrük qapılarında səs verə bilərlər.