Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada törədilmiş növbəti qanlı terror aktından sarsıldığımızı, eyni zamanda hiddətləndiyimizi ifadə edirik. Bu bütün Türk dünyasına və eyni zamanda bəşəriyyətə qarşı təcavüzdür. Dinc və günahsız insanların həyatlarını itirməsinə hesablanmış bu cinayət hadisəsini törədənlərə qarşı bütün qüvvələr səfərbər olunmalı və terror aktının sifarişçilərinə qarşı ən sərt mübarizə üsullarından istifadə edilməlidir.
Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır!
Həlak olanların ailə üzvlərinə və yaxınlarına baş sağlığı verir və səbr diləyir, yaralılara Uca Tanrıdan şəfa arzulayırıq!
Tanrı Türkiyəni və Azərbaycanı qorusun!