AMİP-in Qurultayı gələn ilə qaldı

MüxalifAzərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayı 2016-cı ildə keçiriləcək.

Bu barədə "Report"a partiyanın sədrəvəzi Arzuxan Əlizadə məlumat verib.

O bildirib ki, qurultayla bağlı bəzi texniki işləri ilin sonuna qədər başaçatdırmaq mümkün deyil: "Hazırda qurultayın günü ilə bağlı partiya daxilində məsləhətləşmələr aparılır. Hələ ki, yekun qərara gələ bilməmişik".

A.Əlizadə qeyd edib ki, partiya sədrliyinə namizədlər qurultayın günü təyin edildikdən sonra bəlli olacaq.

Qeyd edək ki, AMİP sədri Yusif Bağırzadə oktyabrın 27-dəistefa verib. Partiya sədrinin səlahiyyətlərinibaş katib Arzuxan Əlizadə həyata keçirir.