AMİP-in sədri kim olacaq?!

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) artıq bir neçə ildir ki, sədrsiz fəaliyyət göstərir. Partiyanın lideri Etibar Məmmədov olsa da, faktiki olaraq hazırda AMİP-in sədr postu boşdur. 2018-ci il prezident seçkiləri zamanı AMİP seçkilərdə iştirak etməmə səbəbi ki, partiyanın qurultayının çağırılması üçün zamanın olmadığını göstərirdi. Partiya funksionerləri seçkidən sonra, yəni 2018-ci ilin sonun qədər AMİP-in qurultayının çağrılacağını bildirirdi.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov qurultayla bağlı dəqiq nəsə deyə bilməyəcəyini bildirib:

"Bu haqda dəqiq söz deyə bilmərəm. Çünki hələ partiyada qurultay məsələsi müzakirə olunmayıb”.

Qeyd edək ki, AMİP lideri Etibar Məmmədov siyasətdən uzaqlaşdığını açıqlayandan sonra partiyada bir neçə dəfə sədr dəyişikliyi olub. Son olaraq ki, Azərbaycan Milli İstiqlal Partiyasın sədri Yusif Bağırzadə istefaya gedib və ondan sonra bu post boşdur./cebhe.info/