Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili Azərbaycan və Türkiyə həmkarları ilə üçtərəfli görüşdə iştirak etmək üçün gələn həftə Türkiyəyə səfər edəcək. Dekabrın 10-da Türkiyənin Qars şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcək.
Görüş çərçivəsində regional əməkdaşlığın ümumi maraqlar üzrə inkişaf perspektivləri, regional stabillik və təhlükəsizliyin möhkəmləndirilməsi, həmçinin əvvəlki görüşlərdə qəbul olunan qərarların müzakirələri həyata keçiriləcək.
Tədbirdən əvvəl Tamar Beruçaşvilinin Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü gözlənir. Görüşdə ikitərəfli münasibətlər, bütün sahələrdə strateji tərəfdaşlıq, eyni zamanda regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
Xatırladaq ki, üç ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin birinci görüşü 2012-ci ildə Trabzon şəhərində, ikinci görüş isə 2014-cü ilin fevral ayında Gəncədə baş tutub. Azərbaycan, Gürcüstan və Türkiyənin prezidentləri səviyyəsində birinci üçtərəfli sammit görüşü 2014-cü ilin may ayında Tiflisdə baş tutub, bu ilin avqustunda isə üç ölkənin müdafiə nazirlərinin görüşü keçirilib.
Belə maraqlı formatda keçirilən görüşlərin intensiv hal alması bizə nə vəd edir?
Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov qəzetimizə açıqlamasında bildirdi ki, bu bizim üçün olduqca önəmli formatdır: «Bu il sözügedən ölkələrin müdafiə nazirlərinin Naxçıvanda görüşü keçirildi. Qeyd edək ki, üçtərəfli formatda baş tutan görüşdə regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Bəzi ekspertlər bu ölkələrin vahid hərbi blok yaratmasını məqsədəuyğun hesab edir. Üç ölkənin əməkdaşlığı terror təhlükələrini neytrallaşdırmaq üçün önəmlidir. Bölgə sakit deyil, bütün kommunikasiyalar burdan keçir və bunlar Avropa əhəmiyyətli layihələrdir. Neft, qaz kəmərlərinin ardınca dəmir yolu da işə salınacaq. Bunların hamısını qorumaq vacibdir. Ona görə də Azərbaycan, Türkiyə və Gürcüstanın sıx əməkdaşlığı zəruridir. 3 ölkənin əməkdaşlığı müstəqilliyimizə xor baxanlara cavabdır. Ermənistan daha çox Rusiya-Ermənistan-İran xəttinə üstünlük verdiyini bəyan edir. Halbuki, burada daha çox Rusiya və onun forpostu olan Ermənistan var.
Fakt budur ki, Avropa Rusiya asılılığını azaltmaq üçün Azərbaycan qazına ümid edir və Azərbaycan qazının alternativ olduğu bir sıra hallarda açıq etiraf olunub. Təbii ki, belə olan təqdirdə regional kəmərlərin keçdiyi ölkələrin təhlükəsizliyinin təminatı həm də enerji layihələrinin qorunması deməkdir». /Bakı Xəbər/

Məhəmmədəli QƏRİBLİ