AXH İH üzvləri ABŞ diplomatı ilə görüşdülər

Azərbaycan Xalq Hərəkatın (AXH) İdarə Heyətinin üzvü, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Amerika Birləşmiş Ştatların (ABŞ) Azərbaycandakı səfirin Siyasi işlər üzrə Müşaviri Uilyam Solley ilə görüşüblər.

Görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

F.Əliyev və E.Musayev AXH-nin yaranması və məqsədləri haqqında, həmçinin insan haqları, siyasi məhbuslar, müxalif fikirli vətəndaşlara təzyiqlər, AXH üzvlərinin həbsləri ilə bağlı cənab Uillyam Solleyi məlumatlandırdılar.

Tərəflər bu görüşlərin davamlı olması razılığına gəliblər.