Azərbaycan dünya reytinqində qismən azad ölkədir

"4-cü ildir ki, dünyada iqtisadi azadlıq artır”. Bunu 2016 İqtisadi Azadlıq İndeksi bildirir. Bu hesabatı hər il Wall Street Journal qəzeti və Heritage Fondu birlikdə hazırlayır.

Dünyada iqtisadi azadlığın orta qiyməti 60,7 olub , bu da İndeksin hazırlandığı bu 22 ildə rekorddur.

Son bir ildə iqtisadi azadlıq 97 ölkədə yaxşılaşıb, 74 ölkədə pisləşib. Hesabat 178 ölkəni əhatə edir.

Azərbaycan siyahıda 91-ci yerdədir və "qismən azad” ölkələr sırasındadır.

MDB ölkələrindən yalnız Gürcüstan "daha çox azad” qiymətini alıb. Gürcüstan dünyada 23-cü yerdədir.

Rusiya "daha çox qeyri-azad” qiymətini alıb və 153-cü yeri tutur.

Ermənistan "qismən azad”dır və 54-cüdür.

Bir sıra ölkələrdə isə iqtisadi azadlıq "repressiya olunan”,boğulan qiymətini alıb. Bu ölkələr sırasına Belarus, Ukrayna, Özbəkistan, İran, Türkmənistandaxildir.