"Çili ilə yanaşı, Cənubi Amerikada yerləşən digər ölkələrin mətbuatında da analoji yazıların dərc olunmasına çalışmalıyıq"
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "25-ci müstəqillik günü" ilə bağlı Ermənistan tərəfindən təşkil edilən təxribat xarakterli tədbirlərə cavab olaraq cari il sentyabrın 6-da Azərbaycan Respublikasının Çilidəki diplomatik missiyası tərəfindən Çilinin aparıcı və geniş oxucu kütləsinə malik "El Mercurio" və "La Tercera" qəzetlərində Xarici İşlər Nazirliyinin 30 avqust 2016-cı il tarixli bəyanatı əsasında ölkəmizin mövqeyini əks etdirən məqalələr dərc edilib.
Məqalələrdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "müstəqilliyinin 25 illiyi" ilə bağlı 15-18 sentyabr tarixlərində Xankəndidə beynəlxalq gənclər konfransının və digər bu kimi təxribatçı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsi olduğu bildirilir, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal, tam və qeyd-şərtsiz çıxarmağı tələb edən sənədlər barədə məlumat verilir.
Dünya mətbuatında bu kimi tutarlı məqalələrin dərc olunması erməni yalanlarının ifşa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP Mərkəzi Şurasının üzvü Əli Orucovun sözlərinə görə, bu məsələdə Azərbaycanın diplomatik korpusları ilə yanaşı, diaspor təşkilatları da fəal olmalıdır: "Nəzərə almaq lazımdır ki, bir sıra Latın Amerikası ölkələrində erməni diasporu güclüdür. Qondarma "soyqırım"la bağlı ilk qərar 1965-ci ldə Uruqvay parlamentinin aşağı palatasında qəbul olunub. Ondan sonra ötən illər ərzində 20-dən çox dünya dövlətində analoji qərar qəbul olunub. Diqqətçəkən məqam ondan ibarətdir ki, separatçı qurumun tanıdılması istiqamətində də Latın Amerikası ölkələrində ermənilər ciddi iş aparır. O üzdən bu yöndə Azərbaycan son dərəcə fəallığını artırmalıdır. Çili ilə yanaşı, Cənubi Amerikada yerləşən digər ölkələrin mətbuatında da analoji yazıların dərc olunmasına çalışmalıyıq. Çünki sözügedən ölkələrdə Azərbaycanla bağlı məlumatlar o qədər də böyük deyil. Ona görə də bu yöndə işləmək lazımdır".