Azərbaycan xalqının başına oyun açan...

Politoloq Çingiz Şahbazi yazır:

Deputat və ölkəmizdə dərman vasitələrinin satışını təşkil edən mafiya çətəsinin başçılarından biri Cavanşir Feyziyev bir yazı yazıb və həmin yazıda bəzi jurnalist və siyasətçiləri, həmçinin tanınmış adamlardan bir neçəsi barədə öz fikirlərini bildirib.

 Bu adamın bu yazısı, adı çəkilən adamlardan bəzilərini yandırıb kül edib. Neçə illərdir Azərbaycan xalqının başına oyun açan, dərman mafiyasına rəhbərlik edən cinayətkara, əməllərinə görə bu qədər qınaq və təzyiq edilmədiyi halda, indi bir neçə adamın adının hallanmasından dolayı bu həngamə, Azərbaycan cəmiyyətinin başqa bir informasiya mafiyası tərəfindən aldadılması və idarə edilməsi xarakteri daşıyır. 

 Cavanşir Feyziyevin bu qədər cinayət əməllərinin olması nə üçün lazımi səviyyədə müzakirə olunmurdu? Məhz keyfiyyətsiz dərmanların ölkəmizdə satışından dolayı, nə qədər günahsız insanların həyatına son qoyulub.Belə böyük cinayətlərin və hələ də qarşısı alınmayaraq davam etməsindən danışın. Bir neçə adamın şəxsi adının hallanmasından dolayı, dava üçün istifadə olunmaq heç doğru yol deyil.