Bir müddət əvvəl eks-spiker Rəsul Quliyev bildirib ki, Azərbaycanda
xalqın inandığı və arxasınca gedə biləcəyi lider yoxdur. Eks-spikerin
bu fikirlərinə AMİP Mərkəzi Şura üzvü Əli Orucov münasibət bildirərək Moderator.az
saytına deyib ki, "təbii ki, Rəsul bəyin bu fikirləri bölüşmürəm. Əgər
bir xalqın, bir millətin lideri yoxdursa bu artıq faciədir. Bu həm də
həmin millətin məhvə məhkum olunması deməkdır”.
Ə.Orucov
həmçinin qeyd edib:”Lideri kim yetişdirir? Tarixin və zamanların
tələbləri ilə xalq yetişdirir, xalqın içərsidən çıxaraq məsuliyyəti öz
üzərinə götürür. Lider anlayışı geniş anlayışdır. Əminliklə söyləyə
bilərəm ki, xalqı, cəmiyyətin bütün təbəqələrini arxasınca apara
biləcək, hakim elitanın da, müxtəlif siyasi düşərgələrin də
əksəriyyətinin qəbul etdiyi və məsuliyyəti öz üzərinə götürəcək lider
var və bu Lider Etibar Məmmədovdur.”