Azərbaycanda bu qadağalar ləğv olundu - SİYAHI

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib. 

HİT.az xəbər verir ki, brifinqdə karantinlə bağlı qəbul olunan yeni qararlar elan edilib.

Həmin siyahını təqdim edirik:

- Mayın 31-dən açıq havada tibbi maskadan istifadə ləğv olunur
- Mayın 31-dən "Bakı Metropoliteni" QSC-nin fəaliyyəti bərpa olunur
- Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa olunur
- İyunun 10-dan məscidlər açılır
- İyunun 10-dan "Mall”arın və iri ticarət mərkəzləri açılır
- İyunun 10-dan çimərliklərin fəaliyyəti bərpa edilir
- iyunun 10-dan İdman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə verilir

 

Millət