Əflatun Məmmədov
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert
Cəmiyyətin yeni ictimai tribunası…
“Sosial şəbəkələr, internetin “ağıllı” platformalarında insanları birləşdirsə də, dövlət və cəmiyyətin gücü onların virtual imkanlarından düzgün istifadə etməsindədir.” ✍️:((
Mövzu bir daha günün ən qaynar məsələlərindən olan sosial şəbəkələrin “ağıllı” istifadəsi, onun aktuallığıdır. Bu mövzu, hal-hazırda qlobal dövlətlərin, eləcə də informasiya cəmiyyətlərinin 1 No-li prioritet məsələsidir.
Bəli, sosial şəbəkələr müasir dövrdə cəmiyyətin ictimai iştirakçılığını artıran ən güclü platformalardan birinə çevrilib. İnsanlar artıq öz fikirlərini ifadə etmək, məlumat paylaşmaq və sosial məsuliyyətlərə qatılmaq üçün klassik fiziki məkanlardan çox, virtual məkana üz tuturlar.
Burada nəzərə alınmalı əsas məqamlar aşağıdakılardır:
• Məlumat paylaşımı və maarifləndirmə: Sosial şəbəkələr vasitəsilə insanlar qlobal və yerli problemlər haqqında daha çox məlumatlanır və müzakirələrə qoşulur.
• Aktiv iştirakçılıq: Kampaniyalar, petisiyalar və ictimai fəaliyyətlər sosial mediada sürətlə yayılır və geniş ictimai iştirakçılığı təmin edir.
• Ədalətin təmini: Sosial şəbəkələr, insan hüquqlarının pozulması halları və digər sosial ədalətsizliklərin ifşa olunmasında mühüm rol oynayır.
Eyni zamanda, bu platformaların mənfi təsirləri də az deyil: yanlış -“fake” məlumatların yayılması, saxta hesablarla toksik davranışlar və məhdudlaşdırılmış müzakirə mühitləri vəs. kimi arzu olunmayan problemlər ictimai iştirakçılığın keyfiyyətinə olduqca mənfi təsir göstərir.
Beləliklə, sosial şəbəkələr cəmiyyətin həyatında ictimai iştirakçılığı stimullaşdırmaq üçün əvəzedilməz bir vasitə olsa da, onun əsas təsirinin müsbət qalması üçün, ondan “ağıllı”, tənzimlənmiş, şüurlu və etik istifadə günün olmazsa, olmazıdır.
Problemin çıxış yolu:
İnkişaf etmiş ölkələrin, o cümlədən beynəlxalq üst qrum təşkilatların qabaqcıl təcrübə, metod və qaydalarına uyğun milli dəyərlər prizmasından yaxın perspektiv üçün əhatəli “Yol Xəritəsi” işlənməlidir.Bir daha sosial şəbəkələrin gücü:
Cəmiyyətin yeni ictimai tribunası…
“Sosial şəbəkələr, internetin “ağıllı” platformalarında insanları birləşdirsə də, dövlət və cəmiyyətin gücü onların virtual imkanlarından düzgün istifadə etməsindədir.” ✍️:((
Mövzu bir daha günün ən qaynar məsələlərindən olan sosial şəbəkələrin “ağıllı” istifadəsi, onun aktuallığıdır. Bu mövzu, hal-hazırda qlobal dövlətlərin, eləcə də informasiya cəmiyyətlərinin 1 No-li prioritet məsələsidir.
Bəli, sosial şəbəkələr müasir dövrdə cəmiyyətin ictimai iştirakçılığını artıran ən güclü platformalardan birinə çevrilib. İnsanlar artıq öz fikirlərini ifadə etmək, məlumat paylaşmaq və sosial məsuliyyətlərə qatılmaq üçün klassik fiziki məkanlardan çox, virtual məkana üz tuturlar.
Burada nəzərə alınmalı əsas məqamlar aşağıdakılardır:
• Məlumat paylaşımı və maarifləndirmə: Sosial şəbəkələr vasitəsilə insanlar qlobal və yerli problemlər haqqında daha çox məlumatlanır və müzakirələrə qoşulur.
• Aktiv iştirakçılıq: Kampaniyalar, petisiyalar və ictimai fəaliyyətlər sosial mediada sürətlə yayılır və geniş ictimai iştirakçılığı təmin edir.
• Ədalətin təmini: Sosial şəbəkələr, insan hüquqlarının pozulması halları və digər sosial ədalətsizliklərin ifşa olunmasında mühüm rol oynayır.
Eyni zamanda, bu platformaların mənfi təsirləri də az deyil: yanlış -“fake” məlumatların yayılması, saxta hesablarla toksik davranışlar və məhdudlaşdırılmış müzakirə mühitləri vəs. kimi arzu olunmayan problemlər ictimai iştirakçılığın keyfiyyətinə olduqca mənfi təsir göstərir.
Beləliklə, sosial şəbəkələr cəmiyyətin həyatında ictimai iştirakçılığı stimullaşdırmaq üçün əvəzedilməz bir vasitə olsa da, onun əsas təsirinin müsbət qalması üçün, ondan “ağıllı”, tənzimlənmiş, şüurlu və etik istifadə günün olmazsa, olmazıdır.
Problemin çıxış yolu:
İnkişaf etmiş ölkələrin, o cümlədən beynəlxalq üst qrum təşkilatların qabaqcıl təcrübə, metod və qaydalarına uyğun milli dəyərlər prizmasından yaxın perspektiv üçün əhatəli “Yol Xəritəsi” işlənməlidir.