Biz beyinlərdə Bütöv Azərbaycanı yaratmalıyıq

Bu gün, dekabrin 12-sində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu gün Azərbaycanın cənubunda mili-demokratik bir Cümhuriyyət quruldu. Başda Seyid Cəfər Pişəvəri olmaqla Vətənimin mərd oğulları düz bir il bi hakimiyyəti saxladılar. Bir ildən sonra bu hakimiyyət beynəlxalq güclərin razılaşmasının qurbanı oldu. Fars rejiminə dəstək verən beynəlxalq güclər Azərbaycanın Cənubunda yaranan bu Cümhuriyyətin qanlar içində boğulmasında böyük rol oynadılar. Azərbaycanı növbəti dəfə iqtisadi maraqlarının təmin olunmasından ötəri o zamankı İran hakimiyyətinin qan dəryasında boğmasına şərait yaratdılar.

 O zaman tarixdə son dəfə olaraq Azərbaycanın bütünləşməsi baş verə bilərdi. Amma erməni separatçıları ilə əhatələnən İ.Stalin buna imkan vermədi. Onları Azərbaycanın bütünləşməsi qorxudurdu. Dünya da bunu istəmirdi. Heç indi də istəmir. Çox təəssüf ki, o tarix də bizdə lazımı şəkildə təbliğ olunmur. Bu gün Azərbaycan televiziyaları buna geniş yer ayırmalıydi. Amma ayırmır. Sonra da başlayırıq ki, biz beləyiy-eləyik.....Təsəvvür edin ki, bu cür imkanlar ermənilərdə olsaydı nələr edərdi. Bir də bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Cənubi Azərbaycandan danışanda heç zaman İran adını tutmayın. Deyin ki, Azərbaycanın cənubu. Bu belə olmalıdır. Biz bunu bütün tələbələrimizə təbliğ etməliyik. Biz beyinlərdə Bütöv Azərbaycanı yaratmalıyıq. Bu gün Bütöv Azərbaycan Ocaqları bu məsələnin həlli uğrunda mübarizə aparır. Bəsdirin, yalandan barmaqlarımızı qatlayıb "Boz Qurd" oluruq. "Boz Qurd" olmaq üçün ideoloji baza olmalıdır. İlk olaraq beyinərdə "Boz Qurd"u yaratmalıyıq. Sonra barmaqlarımızı qatlayıb hayqırmalıyıq. Biz beyinləri fəth etməliyik. 1813 və 1828-dən bu yana çox illər keçib. Aramızda məsafə dərinləşib. Dünyada siyasət də dəyişib. Bu məsələ bir qədər fərqli yanaşma tələb edir. Dünyada gedən proseslərə uyğun işimizi qurmalıyıq! Bundan başqa yol yoxdur!

 Bu gün Azərbaycanın cənubunda Türk dilində himn səsləndi, məktəblərdə Türk dilində əlifba öyrənilməyə başlandı. Televiziya və radio Türk dilində verilişlər verməyə başladı. Həmin inqilabın iştirakçıarının əksəriyyətini tanıyırdim. Onlar Bütöv Azərbaycan deyib dünyalarını dəyişdilər. Allah hamısını rəhmət etsin! Bir daha hamınızı təbrik edirəm! Bütöv Azərbaycan uğrunda irəli!