“Bu, çox böyük jest idi"

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfərinin növbəti dəfə təxirə düşməsinin ardınca Prezident İlham Əliyevin Ankaraya səfər etməsini və Bakıda baş tutması planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasının Bakı əvəzinə Ankarada keçirilməsi barədə qərarı müsbət qiymətləndirirəm”.


Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi, sədr əvəzi Arzuxan Əlizadə bildirib. A.Əlizadə qeyd edib ki, bu addım Azərbaycan Prezidenti tərəfindən çoxyerində edilən jest olmaqla yanaşı bütün dünyaya bir mesaj oldu: "Türkiyə ən çətin məqamlarda Azərbaycanla birlikdə olduğunu nümayiş etdirib və Azərbaycan dövlət başçısının anoloji mövqe sərgiləməsi təqdirəlayiq olmaqla yanaşı iki qardaş ölkə arasında gələcək münasibətlərin möhkəm dayaqlar üzərində davam etməsi üçün də bir vəsilədir”.