"Dağlıq Qarabağı əhatə edən və ermənilərin nəzarətində olan bütün ərazilər Azərbaycanın nəzarətinə verilir. Torpaqların təhvil verlməsi sülh sazişində razılaşdırılacaq". Bu barədə erməni "Ani" tədqiqat mərkəzinin dərc etdirdiyi məruzədə deyilir.
Bu məruzə işğal altında olan torpaqların Azərbaycana qaytarılmasının təfərrüatlarını əks etdirir. Belə məlum olur ki, ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları qaytarılır. Sonradan Kəlbəcər və Laçın rayonunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçəcək. Burada sözügedən torpaqlar Ermənistanı Dağlıq Qarabağa birləşdirən dəhlizin üzərində olmayan torpaqlardır.
Ümumiyyətlə, aprel ayının əvvəlində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra danışıqlar prosesində də bir intensivlik yaranıb. Vyana, ardınca da Sankt-Peterburq görüşləri problemin həll olunacağına olan ümidləri bir qədər artırıb. Avqust ayı ərzində bu xüsusda daha bir görüşün olacağı da gözlənilir. Bu fonda artıq mərhələli həll variantının da iş ədüşməsi gözlənilir.
Milli Məclisin deputatı Elman Məmmədovun fikrincə, cərəyan edən son hadisələr fonunda münaqişə ətrafında haqqında söhbət gedilən həll variantının razılaşdırılmaq üzrə olduğu təəssüratı formalaşıb: "Əvvəlcə 5, ardınca 2 rayonun qaytarılması variantı uzun illərdir ki, müzakirə olunan variantdır. Minsk qrupu üzrə həmsədr dövlətlər, eyni zamanda, Azərbaycan tərəfdən də həmin variant məqbul hesab olunub, qəbul edilib. Yəni, burada məsələ problemin mərhələli həllindən gedir. Əvvəllər bu istiqamətdə müxtəlif variantlar var idi. 5+2, 5+1+1, 3+2 kimi variantlar da gündəmə gətirilmişdi.
Rusiyanın son zamanlar fəallaşması, bu ölkənin rəsmi şəxslərinin İrəvan və Bakıya səfərlərinin artması və Sankt-Peterburqda olan danışıqlardan sonra düşünürəm ki, sözügedən həll variantı razılaşdırılmaq üzrədir. Hələ dəqiq bir şey də demək olmaz, çünki erməni fırıldağı və kələyindən baş açmaq olmur. Ancaq belə bir variant mövcuddur. Azərbaycanın 5 rayonu, burada nəzərdə tutulur, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı azad olunur. Bunun müqabilində Azərbaycan üzərinə da müəyyən öhdəliklər götürür. Sonra da Dağlıq Qarabağa aralıq, müvəqqəti status verilməsi məsələsi ortaya atılır. Ardınca Laçınla Kəlbəcər rayonlarının məsələsi həllini tapır. Yekunda da Azərbaycan torpaqlarının işğaldan azad olunması və Dağlıq Qarabağa Azərbaycanın tərkibində, onun ayrılmaz hissəsi kimi orada yaşayan əhaliyə muxtariyyət statusunun verilməsi baş verəcək. Ermənilər yəqin ki, nəsə bir baza hazırlayır, bir-birinə nəsə demək lazım olduğunu tapşırırlar. Bu mənada "Ani” tədqiqat mərkəzi də həmin fikirləri elə-belə demir. Çox güman ki, həmin mərkəz də bu fikirləri söyləmək üçün yuxarıdan tapşırıq alır. Qarşıda həmsədrlər, xarici işlər nazirləri və prezidentlər səviyyəsində danışıq və görüşlərin növbəti raundu gözlənilir. Prosesin necə gedəcəyini zaman vaxt göstərəcək”.
AMİP katibi Elşən Mustafayev isə düşünür ki, status məsələsinin müəyyənləşməməsi mərhələli həll prosesinə başlamağa imkan vermir: "Öncədən də bəllidir və ermənilər də etiraf edirlər ki, Dağlıq Qarabağ xaric işğal olunmuş ərazilərə Ermənistanın heç bir iddiası yoxdur. Məsələ Dağlıq Qarabağın hansı statusda qalmasından gedir. Bu istiqamətdə sonucun müəyyənləşməməsi məsələnin mərhələli həllinin başlanmasına imkan vermir.
Ayrı-ayrı mərkəz və təşkilatların verdiyi bəyanatları bir kənara qoyaq, amma məsələ ondadır ki, Rusiyanın özü də ehtiyatlı bəyanatlarla çıxış edir. Dağlıq Qarabağın statusunın hansı formada olacağı bəlli olmayınca, həmin ərazidən kənarda yerləşən və işğal olunan rayonların heç biri qaytarılmayacaq. Ermənilər məhz bu kozır vasitəsilə prosesə təsir etməyə çalışırlar. Hesab edirəm ki, məsələni sırf ermənilərin üzərinə qoysaq, proses yüz illərlə beləcə davam edəcək. Ona görə də indiki halda fikrimcə, daha uyğun bir zaman olduğundan, Rusiya Ermənistana təzyiq etməlidir. Ermənistanda qarşıdan prezident seçkiləri gəlir. Ekspertlər də Rusiyanın dəstəyi olmasa, Qarabağ klanının hakimiyyətdən getmək məcburiyyətində qalacaqlarını düşünürlər”.