Arzuxan Əlizadə: "Azərbaycanın əleyhinə olan müəyyən siyasi dairələr hər vəchlə Ermənistandan yan keçən..."
"Gecikmənin kökündə müəyyən siyasi səbəblərin də olduğu istisna deyil"
Türkiyə Bakı-Tiflis-Qars dəmir yolunun öz ərazisində tikintisini dayandırıb. Buna səbəb podratçı şirkətin planlaşdırılan işin öhdəsindən gələ bilməməsidir.
İndiyədək Türkiyə ərazisində yolun tikintisinə 200 milyon manat vəsait xərclənib. Lakin ümumi işin cəmi 39 faizi yerinə yetirilib. Halbuki, podratçı şirkət layihə üzrə bütün işləri təxminən 110 milyon manata tamamlamağı planlaşdırırdı.
Türkiyə Nəqliyyat Nazirliyinin hesablamalarına görə, Türkiyə ərazisində işin tamamlanmasına əlavə 200 milyon manat da vəsait lazımdır. Beləliklə BTQ dəmiryol magistralının Türkiyə ərazisinə aid hissəsinin tikintisinə sərf olunan vəsait 600 milyon manata çatır. Bu da əvvəlki rəqəmdən təxminən 3 dəfə artıqdır. Yekun və ilkin hesablamalar arasında olan bu böyük fərq Türkiyə tərəfini də ciddi narahat edir. Buna görə də Türkiyədə vəziyyətin aydınlaşdırılması üçün nəzarət qrupu yaradılıb.
Yayılan xəbərlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov aydınlıq gətirib. Onun sözlərinə görə, müqaviləyə əsasən, hər bir tərəf üzərinə öhdəliklər götürüb: "Türkiyə ərazisində yaranan problem, həmçinin maliyyə çatışmazlığı da bu ölkənin daxili işidir və qonşu ölkə hazırda bu problemin həlli ilə məşğuldur. Azərbaycan magistral yolun Tiflis-Gürcüstan hissəsinə cavabdehdir və bu hissədə iş qrafik üzrə aparılır. Heç bir problem yoxdur. 2014-cü ilin sonunda ilk qatar işə düşəcək. 2015-ci ilin sonuna isə biz artıq Türkiyəyə çıxış əldə edəcəyik".
Bütövlükdə sözügedən dəmir yolunun ətrafında nə baş verir? Yolun gecikməsi nə ilə bağlı ola bilər?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, dəmir yolunun istifadəyə verilməsinin bu qədər gecikməsi təkcə iqtisadi amillərlə bağlı deyil: "Gecikmənin kökündə müəyyən siyasi səbəblərin də olduğu istisna deyil. Məsələ ondadır ki, Azərbaycanın əleyhinə olan müəyyən siyasi dairələr Ermənistandan yan keçən belə bir strateji əhəmiyyətli yolun çəkilməsində maraqlı deyil. Ona görə də bütün vasitələrlə buna mane olmağa çalışırlar. Təsadüfi deyil ki, həmin dairələrin səyi nəticəsində ABŞ bu layihəyə maliyyə ayırmaqdan imtina etdi.
Digər tərəfdən, 2012-ci ildə Gürcüstanda keçirilən seçkilərdən sonra hakimiyyətə gələn "Gürcü Arzusu" koalisiyası buna ilk vaxtlarda müəyyən maneələr yaratdı. Konkret desək, o vaxtkı baş nazir Bidzina İvanaşvilinin bununla bağlı səsləndirdiyi tərəddüdlü açıqlamalar işin gedişinə mənfi təsir göstərdi. Bu arada qardaş Türkiyə ərazisində dəmir yolunun çəkilişi ilə bağlı yaranan problemlər də, istər-istəməz, narahatlıq doğurur".