Düşmən anladı ki, təbliğat və reallıq fərqlidir

Rusiya ordusu Ukraynaya qarşı hücumunu ləngitsə də, hələ də müəyyən istiqamətlərdə hücum cəhdlərini davam etdirir. 
 
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat mərkəzi "Facebook"da məlumat yayıb.
 
Hava hücumu əməliyyatı zamanı Rusiya Federasiyasının hərbçiləri hərbi və mülki aerodromlara,  qoşun və qüvvələrin idarəetmə komanda məntəqələrinə, hava hücumundan müdafiə sisteminin obyektlərinə, mühüm infrastruktur obyektlərinə, müdafiə zonalarında yerləşən yaşayış məntəqələrinə və bölmələrə hücumlar ediblər.
 
İşğalçılar beynəlxalq humanitar hüquq normalarını pozaraq Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına raket zərbələri endiriblər.
 
"Eyni zamanda, rus işğalçılarının hərbi əməliyyat məqsədinə çatmaq üçün bütün cəhdləri uğursuzluqla nəticələnib. Batalyon taktiki qruplarının hücumlarını hətta  yaşayış məntəqələrindən kənarda da uğurla dəf etmək, düşməni hücumdan əl çəkməyə məcbur etmək mümkündür"- deyə Baş Qərargah vurğulayıb.
 
Bu günə olan məlumata görə, Ukrayna briqadalarından yalnız birindən açılmış artilleriya atəşi ilə düşmənin beşdən çox texnika və canlı qüvvə karvanı  məhv edilib.
 
"Düşmən ruhdan düşüb və böyük itkilər verir. Mütəmadi fərarilik və itaətsizlik halları qeydə alınır. Düşmən anladı ki, təbliğat və reallıq fərqlidir. İşğalçılar bizdən qorxur.  Ukraynanın müdafiəçiləri möhkəm müdafiəni davam etdirirlər", - Baş Qərargahın açıqlamasının yekununda bilrdirilib.

 

Millət