Əhəmiyyətlisi və vacibi odur ki, bu seçkilər demokratik və Avropa standartlarına uyğun keçirilsin

Bu il növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edilib. Bəs müxalifət düşərgəsində digərləri bu barədə nə fikirdədir? Parlament seçkilərinin bu il, yoxsa vaxtında-gələn ilin noyabrında keçirilməsi onlara sərf edir?


AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirdi ki, hakimiyyətin bu il növbədənkənar parlament seçkilərinə gedəcəyinə inanmır. Hələ ki ölkədə ictimai-siyasi həyatda seçkiyə aparacaq təzyiq də kifayət deyil. Lakin ciddi və effektli islahatlar həqiqətən də ilk növbədə məhz növbədənkənar parlament seçkilərindən başladılmalıdır. Əsas siyasi qüvvələrin küçə və ənənəvi mübarizəsini parlamentə daşımaq lazımdır ki, ali qanunverici orqanın keyfiyyətinə də, siyasi proseslərin gedişatına da müsbət təsir göstərsin: "Bu bir həqiqətdir ki, hakimiyyətin ali icraedici və qanunverici orqanlarında mühüm postlar keçmiş kommunistlərin əlindədir. Onlar idarəetməyə güclü nəzarət mexanizmlərini əllərində saxlaya bilirlər. Həmçinin inzibati-sərt mərkəzləşdirilmiş idarəçilik bu şəxslərə demokratik inkişafa və fundamental dəyişikliklərə maneçilik yaratmağa imkan verir. Hətta belə fikir formalaşdırmağa çalışılır ki, guya islahatların sürəti və dərinliyi artsa, bu, ölkədə inqilaba gətirib çıxarar. Demokratik ənənələrə söykənən rejimlərdə isə yenilənmələr daimi xarakter alır. Ona görə də parlament seçkilərinin bu il, yoxsa gələn il keçirilməsi əhəmiyyətli deyil. Əhəmiyyətlisi və vacibi odur ki, bu seçkilər demokratik və Avropa standartlarına uyğun keçirilsin. Təəssüf ki, mühafizəkar məmurlar və onların təsiri altında olanlar cənab prezident İlham Əliyevin başlatdığı dəyişim sürəcini əngəlləmək, buna mane olmaq üçün bütün vasitələrdən istifadə etməkdən çəkinmirlər. Reformalar dərin və daha geniş sahələri əhatə edərsə, əksinə, ölkədəki və ölkə xaricindəki demokratik mütərəqqi qüvvələrdən dəstək gələcək. Mənə görə, parlamentin xalqın iradəsi ilə formalaşdırılması ölkədə çox şeylərin pozitiv inkişafına sürət və stimul verəcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə "Yeni Müsavat”a proqnozla məşğul olmadığını dedi: "Proqnozla o zaman məşğul olurlar və proqnozları o zaman verirlər ki, hər şey qanunauyğun gedir. Qanunauyğun proses getmirsə, mənim proqnoz verməyimə heç bir lüzum qalmır. İndiki vəziyyətdə isə növbədənkənar parlament seçkiləri keçirilməyəcəyini və keçiriləcəyini dəqiq söyləmək mümkün deyil. Hər şey gözləmək olar. Hesab edirəm ki, müxalifətə növbədənkənar parlament seçkiləri yox, vaxtında keçirilən parlament seçkiləri sərf edir. O baxımdan ki, müxalifət o vaxta qədər hazırlaşa bilsin”.


ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, 11 aprel 2018-ci il tarixli növbədənkənar prezident seçkilərindən sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı bir çox siyasilər tərəfindən proqnozlar verilməkdədir. Hətta növbədənkənar parlament seçkilərinin 2018-ci ilin sonuna kimi keçiriləcəyi ilə bağlı əminliklə danışanlar da vardı. Lakin 2018-ci illə bağlı verilən proqnozlar özünü doğrultmadı. İndi də bu il növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı proqnozlar verilir. Reallaşıb-reallaşmayacağı hələ bəlli deyil: "Bu proqnozu verənlərdə əminliyin haradan qaynaqlandığını deyə bilmərəm və şəxsən bizim üçün parlament seçkilərinin vaxtında və ya növbədənkənar keçirilməsinin elə bir əhəmiyyəti yoxdur. Əhəmiyyətlisi olan odur ki, parlament seçkiləri hansı zamanda keçirilməsindən asılı olmayaraq xalqımıza və cəmiyyətimizə xeyirli olsun. Növbəti parlament seçkilərinin vaxtında və ya vaxtından qabaq keçirilməsi ilə bağlı təxminlərim isə ondan ibarətdir ki, seçkilərin vaxtından qabaq keçirilmə ehtimalı daha böyükdür. Bunu hakimiyyət üçün zəruri edən bir çox səbəblər var. Bu ilin sonunda bələdiyyə seçkilərinin keçiriləcəyini və növbədənkənar parlament seçkilərinin keçirilməsinin isə konstitusiyada dəyişikliyi zəruri etdiyini nəzərə alsaq, onda parlament seçkiləri vaxtından qabaq keçiriləcəksə, bu, 2020-ci ilin əvvəllərinə təsadüf edə bilər”.



AMİP katibi Əli Orucov isə bildirdi ki, hakimiyyətin bu il növbədənkənar parlament seçkilərinə gedəcəyinə inanmır. Hələ ki ölkədə ictimai-siyasi həyatda seçkiyə aparacaq təzyiq də kifayət deyil. Lakin ciddi və effektli islahatlar həqiqətən də ilk növbədə məhz növbədənkənar parlament seçkilərindən başladılmalıdır. Əsas siyasi qüvvələrin küçə və ənənəvi mübarizəsini parlamentə daşımaq lazımdır ki, ali qanunverici orqanın keyfiyyətinə də, siyasi proseslərin gedişatına da müsbət təsir göstərsin: "Bu bir həqiqətdir ki, hakimiyyətin ali icraedici və qanunverici orqanlarında mühüm postlar keçmiş kommunistlərin əlindədir. Onlar idarəetməyə güclü nəzarət mexanizmlərini əllərində saxlaya bilirlər. Həmçinin inzibati-sərt mərkəzləşdirilmiş idarəçilik bu şəxslərə demokratik inkişafa və fundamental dəyişikliklərə maneçilik yaratmağa imkan verir. Hətta belə fikir formalaşdırmağa çalışılır ki, guya islahatların sürəti və dərinliyi artsa, bu, ölkədə inqilaba gətirib çıxarar. Demokratik ənənələrə söykənən rejimlərdə isə yenilənmələr daimi xarakter alır. Ona görə də parlament seçkilərinin bu il, yoxsa gələn il keçirilməsi əhəmiyyətli deyil. Əhəmiyyətlisi və vacibi odur ki, bu seçkilər demokratik və Avropa standartlarına uyğun keçirilsin. Təəssüf ki, mühafizəkar məmurlar və onların təsiri altında olanlar cənab prezident İlham Əliyevin başlatdığı dəyişim sürəcini əngəlləmək, buna mane olmaq üçün bütün vasitələrdən istifadə etməkdən çəkinmirlər. Reformalar dərin və daha geniş sahələri əhatə edərsə, əksinə, ölkədəki və ölkə xaricindəki demokratik mütərəqqi qüvvələrdən dəstək gələcək. Mənə görə, parlamentin xalqın iradəsi ilə formalaşdırılması ölkədə çox şeylərin pozitiv inkişafına sürət və stimul verəcək”. "Yeni Müsavat”