Arzuxan Əlizadə: "Ərdoğanın Azərbaycandan Rusiya ilə bağlı seçim etməsini tələb edəcəyi inandırıcı deyil"
"Türkiyə hakimiyyəti bütün bunların fərqindədir"
Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu il fevral ayının ikinci yarısında Azərbaycana səfəri planlaşdırılır. Ərdoğanın Bakıya gəliş səbəbi bəlli olsa da, iki dövlət rəhbərinin indiki kritik məqamda siyasi və iqtisadi mühüm məsələləri müzakirə edəcəkləri güman olunur.
Ərdoğanın Bakıya səfəri Azərbaycanla Türkiyə arasında geniş formatda olan əməkdaşlıq layihələri baxımından olduqca vacibdir. Çünki bu layihələrin əksəriyyəti enerji daşıyıcılarının Xəzər bölgəsindən Avropaya nəql olunması ilə bağlıdır. Son dövrlərdə iki ölkə arasında iqtisadi müstəvidə strateji əməkdaşlıq formatı getdikcə genişlənir. Bölgədə təhlükəsizlik problemləri aktuallaşır. Məlum hadisələr, Yaxın Şərqdə gedən proseslər, İraq və Suriyadakı dağıdıcı meyllər digər ərazilərə də yayılır. Yəni strateji məlumatlar mübadiləsi, qabaqlayıcı tədbirlərin görülməsi, stabilləşmə prosesinin etibarlı əllərdə saxlanması işləri müzakirə oluna bilər.
O da məlumdur ki, Rusiya ilə Türkiyə arasında münasibətlər daha da gərginləşməkdə davam edir. Türkiyənin bu məsələdə münasibətləri normallaşdırmaq istiqamətində səylərinə baxmayaraq, Rusiya hakimiyyəti hər fürsətdə radikal mövqe sərgiləyir. Bu arada bəziləri iddia edir ki, guya Ərdoğan Azərbaycana səfəri zamanı rəsmi Bakıdan Rusiya məsələsində konkret seçim etməyə tələb edəcək. Yəni rəsmi Bakı kimin tərəfində olduğunu bəyan etməlidir.
Ümumən Ərdoğanın belə tələblə çıxış edəcəyi fikirləri nə dərəcədə reallığı əks etdirir?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin fikrincə, bu kimi iddialar absurddur və heç bir əsası yoxdur: "Düşünmürəm ki, Ərdoğan Azərbaycandan bunu tələb etsin. Ən azı ona görə ki, Türkiyə Azərbaycanın çox çətin bir geosiyasi məkanda yerləşdiyinin fərqindədir. Azərbaycan böyük dövlət deyil ki, ondan bunu tələb etsinlər. Nəzərə almaq lazımdır ki, Azərbaycan kiçik dövlətdir. Ərazisinin 20 faizi Ermənistan işğalı altındadır. Onu da unutmaq olmaz ki, məhz Rusiyanın yardımı, dəstəyi sayəsində Ermənistan ərazilərimizi işğal etdi. İstəsək də, istəməsək də Rusiya postsovet məkanında münaqişə ocaqlarının yaradıcısıdır və bundan öz məqsədləri üçün istifadə edir. Ukraynada baş verənlər bunu bir daha sübut etdi. Başqa bir tərəfdən, Azərbaycan Rusiya ilə müəyyən iqtisadi əlaqələrə malikdir. Yüz minlərlə soydaşımız Rusiyada əmək fəaliyyəti ilə məşğul olur. Belə olan halda, Azərbaycan konkret seçim etsə, bunun müəyyən mənfi fəsadları ola bilər. Qarabağ cəbhəsində vəziyyət gərginləşəcək və Rusiya açıq formada Ermənistana dəstək verəcək. Türkiyə hakimiyyəti bütün bunların fərqindədir. Ərdoğanın səfərində enerji daşıyıcıları, Azərbaycanın yük daşımalarda tranzit ölkə olaraq rolunun artırılmasının müzakirə olunacağı gözlənir. Rusiya ilə münasibətlərin pisləşməsi səbəbindən Türkiyə Orta Asiya ölkələrinə yükdaşamaların Azərbaycan vasitəsilə genişləndirilməsinə önəm verir. Ola bilsin ki, bu sahədəki bəzi texniki məsələlərin daha da təkmilləşdirilməsi müzakirə mövzusu olsun. Viza məsələsi müzakirə oluna bilər. Amma Ərdoğanın Azərbaycandan Rusiya ilə bağlı seçim etməsini tələb edəcəyi inandırıcı deyil".
Vidadi ORDAHALLI