Ermənistan ordusunun bölmələrində qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir.
Məsələ ondadır ki, təkcə ötən ilin dekabr ayı ərzində qeyri-döyüş şəraitində düşmən ordusunun 7 hərbçisi həlak olub. Hərbi qulluqçu Qor Sarkisyan naməlum şəraitdə aldığı güllə yarasından, Hayk Karamyan isə qar uçqunu nəticəsində ölüb. Eyni zamanda, yol-nəqliyyat qəzası nəticəsində 3 hərbçi ölüb.
Dekabr ayında Ermənistan ordusunda ən qalmaqallı hadisə isə "Gümrü” aerodromunda təlim uçuşları yerinə yetirən Su-25 təyyarəsinin qəzaya uğramasıdır. Belə ki, hadisə nəticəsində döyüş təyyarəsinin ekipaj üzvləri polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyan həlak olublar. Qəzanın səbəblərinin araşdırılmasının ləng getməsi zabitlərin yaxınlarının narazılığına səbəb olub. Sosial şəbəkələrdə təyyarənin qəzaya uğramasının texniki nasazlıq və istismara yararsız olması səbəbindən baş verdiyi barədə xəbərlər yayılıb.
Bir sözlə, dekabr ayı ərzində düşmən ordusunda qeyri-döyüş şəraitində, özbaşınalıq və qanunsuzluqlar səbəbindən ölənlərin sayı 7, yaralananların sayı isə 10 nəfərdir.
Onu da qeyd edək ki, Ermənistan ordusunda acınacaqlı vəziyyətin hökm sürməsi yeni deyil. İllərdir Ermənistan ordusunda bir sıra xoşagəlməz hadisələr baş verir və bütün bunlar, öz növbəsində, qeyri-döyüş şəraitində itkilərin artmasına öz təsirini göstərir. Ölkədə hakimiyyətə yeni qüvvələrin gəlməsi belə, nəyisə dəyişməyib. Bir məqamı da qeyd edək ki, çox vaxt ermənilər orduda baş verən neqativ halları gizlədirlər.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm halları həmişə olub və bundan sonra da olacaq. O bunu bir sıra faktorlarla əlaqələndirdi: "Bunun bir çox səbəbləri var. Öncə qeyd etmək lazımdır ki, erməni ordusunda nizam-intizam, demək olar ki, yoxdur. Ermənistan mətbuatında bununla bağlı zaman-zaman yazılanlar deyilənlərə əyani sübutdur. Hər bir komandir özünü ordu komandiri kimi deyil, əsgərin ağası kimi aparır və istədiyi kimi davranır. Ermənistan zabitləri orduya qazanc mənbəyi kimi baxırlar. Bir neçə ay bundan əvvəl generalın etdiyi cinayətlər, həyat tərzi barədə erməni mətbuatı geniş yazdı. Nəticədə çox dəhşətli faktlar ortaya çıxdı. Manvel Qriqoryan adlı bu erməni, sən demə, təkcə Azərbaycan türkünün deyil, öz millətinin də qanını içən vampir və qanqster olub. Bu cinayətkar və qanicən əmmələrini də "Qarabağ qəhrəmanı" adı ilə pərdələdibmiş. Erməni ordusunda problem təkcə bu deyil. Təchizat məsələsində də ciddi sıxıntılar yaşanır. Hərbi hissələrin ərzaq, geyim və digər zəruri ehtiyacları ödənilmir. Orduya ayrılan büdcə ayrı-ayrı komandirlər tərəfindən mənimsənilir. Xüsusən də ön cəbhədə vəziyyət daha kritikdir. Bir yandan Azərbaycan Ordusunun daimi atəşi altında, qorxu və vahimə içərsində, digər yandan isə erməni ordusundakı anarxiya, özbaşınalıq, təchizat çatışmazlığı əsgərlərin xidmətini dözülməz şəraitə salıb. Ona görə də mənəvi-psixoloji sarsıntıya məruz qalan erməni əsgəri dözməyərək ya özünü öldürür, ya əsgər yoldaşını. Ən yaxşı halda, fərarilik edir. Bir sözlə, işğalçı əsgər üçün başqa çıxış yolu qalmır. Bənzər biabırçılıqlar qarşıdakı müddətdə daha çox baş verəcək. Çünki Ermənistanın bir dövlət kimi hərtərəfli çöküşü, təbii olaraq, ordusuna da sirayət edəcək. Digər tərəfdən, Azərbaycan Ordusunun gündən-günə artan hərbi gücü, döyüş qabiliyyəti və mənəvi-psixoloji durumu təcavüzkarı daha ağır vəziyyətə salmaqdadır”.